Bakıdan Həştərxana ilk birbaşa reys həyata keçirilib
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Rusiya Federasiyasının daha bir şəhərinə - Həştərxana birbaşa reyslər həyata keçirməyə başlayıb.
Mayın 16-da Bakıdan Həştərxana və geriyə ilk birbaşa aviareys həyata keçirilib. Aviasiyanın çoxdankı ənənəsinə görə, yeni aviareysin açılışı təyyarənin uçuş meydanında su tağından keçməsi ilə qeyd edilib. Həştərxanın Nərimanov Aeroportunda ilk reysin sərnişinlərini duz-çörək və musiqi ilə qarşılayıblar. Sərnişin tutumu 106 nəfər olan “Embraer” təyyarəsi Həştərxana 92 sərnişin gətirib.
“Buta Airways” aviaşirkətinin direktoru Nazim Səmədov da ilk reysin sərnişinləri arasında olub. Onun sözlərinə görə, Bakı və Həştərxan arasında birbaşa hava nəqliyyatının açılması şəhərləri birləşdirəcək, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi və biznes münasibətlərinin genişlənməsində mühüm rol oynayacaq.
Nazim Səmədov bildirib ki, Həştərxan loukosterin Rusiyada altıncı istiqamətidir. Aviaşirkət Bakıdan Moskvaya, Sankt-Peterburqa, Kazana, Mineralnı Vodıya və Ufaya artıq müntəzəm reyslər həyata keçirir. O deyib: “Buta Airways” uçuşların coğrafiyasını daim genişləndirir. Bu da turizmin inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Aviaşirkətin birbaşa reyslər həyata keçirəcəyi növbəti istiqamət Batumidir”.
Aviaşirkətin Bakı-Həştərxan istiqamətində (Nərimanov Aeroportu, IATA: ASF) minimal tarifi digər istiqamətlər kimi, bir tərəfə 29 avrodur. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək.
Biletləri aviaşirkətin rəsmi saytında (“Büdcə” və Standart” tarifləri üzrə), habelə satış ofislərində (“Super” tarifi üzrə) əldə etmək olar.
Aviaşirkət loukoster olaraq “Büdcə” minimal tarifində baqajın, əl yükünün, isti içkilərin daşınması, aeroportda qeydiyyat, habelə təyyarədə yer seçmək kimi əlavə xidmətləri pullu opsiyalar şəklində təklif edir.
Satış ofislərində satılan “Super” tarifinə 23 kiloqramadək baqajın, 10 kiloqramadək əl yükünün daşınması, habelə aeroportda pulsuz qeydiyyat daxildir.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır, uçuşa 2 saat qalmış bağlanır. Bu xidmət bütün tariflərdə pulsuzdur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“ŞKODA Daşımalar”ın daxil olduğu qrup Azərbaycanda istehsal üçün hazırdır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
"2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir"
Qəbələdə alkoqollu və alkoqolsuz içkilər zavodu tikilir - Nazir işlərin mövcud vəziyyəti ilə tanış olub
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Ən çox oxunanlar
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Supermarketlər şəbəkəsi Şəkidə 3-cü mağazasını açıb














.jpg)








