Azərbaycan ilk dəfə Polşaya Alüminium profil ixrac etdi
23 Aprel 2019-cu il tarixində Sumqayıt Texnologiyalar Parkı (STP) Polşaya alüminium profil məhsulları yola salıb. Bu STP ilə yanaşı Azərbaycan tarixində Polşaya ilk alüminium profil məhsulları ixracıdır.
STP-dən "Marja"ya daxil olmuş məlumata görə, satışla bağlı ilkin danışıqlar 2019-cu ilin yanvar ayından başlayıb və mart ayının sonlarında sifarişçi şirkətə test məhsullar yola salınmışdır. Məhsullar beynəlxalq standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir.
Növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir. Belə ki, hazırkı müştəri topdansatış şirkətidir və əməkdaşlıq etdiyi şirkətlərə də nümunələr göndərib. Nümunəni əldə etmiş şirkətlər də Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi məhsullara ciddi maraq göstəriblər.
İxrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. Avstriya alüminium profil ticarətində Almaniya və Danimarka ilə yanaşı Avropanın lider ölkələrindəndir. Digər Avropa ölkələri alüminium profil məhsullarını bu ölkələrin vasitəsilə əldə edirlər. Azərbaycanın ən böyük sənaye kompleksi olan STP isə hal-hazırda hər 3 dövlət ilə aktiv şəkildə alüminium profil satışı üzrə əlaqələr qurur. Texnopark Polşadan öncə Danimarkaya bir neçə dəfə alüminium profil məhsulları ixrac edib.
Sumqayıt Texnologiyalar Parkı 2014-cü ildən başlayaraq fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal edir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama kimi sahələr də fəaliyyət göstərir. STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə beynəlxalq tələblərə tam cavab verir. Məhz bu səbəblərə görə də xarici bazarlarda da yüksək maraqla qarşılanır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Texnopark neft-qaz, enerji, kənd təsərrüfatı sahələri ilə yanaşı tikinti sektoruna da geniş çeşiddə məhsul və xidmətlər təklif etməkdədir. STP 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda müəssisədə mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 12 d. əvvəl
-
21 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
24 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)




