"Bakcell"ə yeni baş icraçı direktor təyin ediləcək
Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə cənab Rainer Rathgeber təyin ediləcək. Bu barədə "Marja"ya Şirkətdən bildirilib.
O, şirkətdə fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bitdikdən sonra başlayacaq.
Telekommunikasiya sahəsində 20 illik iş təcrübəsinə malik olan cənab Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada “Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber “T-Mobile International AG”də vitse-prezident, “T-Mobile Croatia”da baş icraçı direktor, “Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, “OTE Group Greece” və “Romtelecom Romania”da direktorlar şurasının üzvü olub. O həmçinin, Abu Dabidə “Etisalat Groupd”da baş kommersiya direktoru, Nigeriyanın “EMTS” şirkətinin və Pakistanın “PTCL” və “Ufone” şirkətlərinin direktorlar şurasının üzvü, Pakistanın “Ufone” şirkətində baş icraçı direktor, Pakistanın “Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) direktorlar şurasının sədri kimi vəzifələrdə çalışıb.
“Bakcell Azərbaycanın telekommunikasiya sektorunda güclü mövqeyə malikdir və son illərdə xüsusilə böyük nailiyyətlər əldə edib. Bu sırada mən qlobal telekommunikasiya sektorunda böyük əhəmiyyət daşıyan “ən sürətli mobil şəbəkə” və “best in test” (“sınaq nəticələrinə görə ən yaxşı”) mükafatlarını, sürətlə genişləndirilən 4G şəbəkəsini və müştəri xidmətləri sahəsində innovasiyaların tətbiqi kimi məqamları xüsusilə vurğulamaq istərdim. “Bakcell”in davamlı inkişafı üçün öz peşəkar təcrübəmdən və bacarıqlarımdan tam olaraq istifadə edəcəyəm. İnanıram ki, şirkətin peşəkar komandası ilə birlikdə “Bakcell”in bundan sonra da uğurlu inkişafını davam etdirəcəyik”, - deyə cənab Rathgeber bildirib.
2016-cı ilin may ayından 2019-cu ilin aprel ayınadək “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış cənab Nikolai Beckers şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.
Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Şirkətin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təqdim edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)





.jpg)











