"Kənd təsərrüfatının sığortalanması ilə bağlı konkret vaxt qoyulmalıdır"
"Kənd təsərrüfatı əmlakının sığortalanması çox ciddi məsələdir, biz artıq bunu neçə dəfə Milli Məclisdə qaldırmışıq".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.
“Faktiki olaraq kənd təsərrüfatı əmlakı sığortalanmır. Bu əmlakın sığortlanmaması da kənd təsərrüfatının inkişafından çox ciddi problem yaratmaqdadır. Mən hesab edirəm ki, hökumət tərəfindən konkret vaxt qoyulmalıdır ki, bu vaxt ərzində kənd təsərrüfatının sığortalanması təmin edilsin”, - deyə V.Əhmədov əlavə edib.
Qeyd edək ki, kənd təsərrüfatında əmlakın sığortası üzrə sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir. Əmlakını üç ildən az olmayaraq ardıcıl sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış sığortalıya sonrakı illər üçün hesablanmış sığorta haqqından dördüncü ildən başlayaraq güzəştlər edilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Sığorta müqaviləsi üzrə sığorta məbləğləri kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri üzrə hüquqi şəxslərdə onların balans dəyərinin, fiziki şəxslərdə isə bazar qiymətinin azı 70 faizi, binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlak üzrə isə əmlakın bazar qiymətinin tam məbləği miqdarında müəyyən edilir. Göründüyü kimi, sığorta işi kənd təsərrüfatında məhsul istehsalçılarının iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Burada qarşıya qoyulan vəzifə isə ilk olaraq bitkiçilik və heyvandarlıq məhsulları istehsalçılarına təbii fəlakətlər zamanı onlara dəyə biləcək maddi zərərlərdən təminat verməkdir.
Kənd təsərrüfatında sığorta etdirənlərin mənafeləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz, meyvə bağları, üzüm sahələrinin məhsulları yanğın, dolu, sel, daşqın, şaxta kimi hadisələrdən sığortalanır. Bu məhsullar üzrə bağlanılan sığorta müqavilələrində hesablanmış sığorta haqlarının 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin kənd təsərrüfatı sığortasının həyata keçirilməsinin qaydalarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının dəyərinin 5 faiz həcmində sığorta tarifi müəyyən olunur. Bu zaman kənd təsərrüfatı məhsulunun sığorta məbləği isə sığorta müqavilələrinin bağlandığı ildən əvvəlki dövrün orta məhsuldarlığı nəzərə alınmaqla və rayonun orta göstəricisi əsasında müəyyən edilir.
Kənd təsərrüfatı heyvanları üzrə sığortaya gəldikdə, burada 6 aylıqdan yuxarı iribuynuzlu mal-qara, qoyun və keçilər, habelə bir yaşdan yuxarı yük heyvanları, 3 aylıqdan yuxarı ev quşları və bir yaşdan yuxarı arı ailələri sığortaya cəlb olunurlar. Bundan başqa, broyler təsərrüfatlarında yetişdirilən quşlar da sığortaya cəlb edilir. Sığorta etdirilmiş kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklərdən, yanğın, çovğun, dolu və ildırım vurmasından tələf olduqda onların sahibinə sığorta ödənişləri verilir. Heyvanların sığortası üzrə müqavilələr göstərilən yaşa çatmış həmin növdən olan bütün heyvanların balans dəyəri, yaxud bazar qiymətinin 50 faizdən az olmamaqla 80 faizədək məbləğdə bağlanılır.
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)



.jpg)







