"1.5 milyon manatlıq kredit verilib, amma təyinatı yox idi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ruslan Əlixanov ifadə verib.
O, 2007-2016-ci illər arasında "General Construction" şirkətində mühasib və aparıcı mühasib vəzifəsində çalışdığını deyib: "Sənədlərdə Camal Həsənov şirkətin rəhbər idi, amma işlərə Dünyamin Xəlilov nəzarət edirdi. Banka kredit sənədlərin hazırlanıb aparılmmasına baxırdım. Təqsirləndirilən şəxslərin bir çoxunu tanıyıram, onlar keçmiş iş yoldaşlarım olub. Şirkətlərin ayrı-ayrı mühasibləri olub. Məndən başqa şirkətdə 5 nəfər mühasib çalışırdı. Əmək haqqı isə 900 manat idi".
Suallara cavab verən şahid qeyd edib ki, şirkətdə işləmək üçün CV ilə müraciət edib: "Mən ora tanışlıqla gəlməmişəm. Daha əvvəl mühasib köməkçisi və kuryer vəzifəsində çalışdım".
R.Əlixanov vurğulayıb ki, şirkətdə imza hüquqi olmayıb, lakin banklara kredit sənədlərini aparıb: "Həmin vaxt mərhum Ratmir Bəkirov yaşlı adam idi. Ona görə də banklara mən gedib, sənədləri təqdim edirdim. Həmin pullar da şirkətə verilirdi. Mənim banka getməyimə Dünyamin Xəlilov göstəriş vermişdi".
Daha sonra digər şahid Tahir Balaqadaşov dindirilib. Onun sözlərinə görə, 2012-ci ilə qədər Beynəlxalq Bankda çalışıb.
Şahid deyib ki, Akif Əliyevin göstərişi ilə D.Xəlilovun şirkətinə 1.5 milyon manatlıq kredit verilib: "Kreditin təyinatı yox idi. Bu barədə Akif Əliyevdən soruşanda bildirdi ki, Dünyamin Xəlilovun nəzarətində olan şirkətə kredit Cahangir Hacıyevin tapşırığı ilə ayrılır. Mən də onun göstərişini əməl etmişəm".
Məhkəmədə elan olunub ki, hazırda işsiz olan T.Balaqadaşovun barəsində cinayət təqibi davam etdirilir.
Şahid qismində ifadə verən Akif Əfəndi söyləyib ki, Beynəlxalq Bankın sabiq filial müdridir. Onun sözlərinə görə, bankdan D.Xəlilova məxsus şirkətlərə kredir ayrılıb: "Bu barədə Kredir Komitəsi tərəfindən tapşırıq verilmişdi. Həmçinin Zaqatala Olimpiya Kompleksinin tikintisi üçün də bankdan kredit ayrılmışdı".
Elan olunub ki, filial rəhbəri olmuş A.Əfəndi Zaqatalada aparılan tikinti işləri ilə bağlı 7 milyon manatdan artıq kredit verib.
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
11 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)




.jpg)



.jpg)







