“Bakı Fəhləsi” üçün cəhd - AZI 10 MİLYON MANAT CƏLB EDİLMƏSİ HƏDƏFLƏNİR
Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Fəhləsi Maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 97,83%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə Komitədən məlumat verilir.
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 10 mln. 907,61 min ədəd təşkil edir. Müsabiqədə yerli şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsi müəssisənin fəaliyyətinin bərpası və genişləndirilməsinə yönəlidlməlidir. İnvestisiya Proqramına mövcud tikili və qurğuların təmiri və ya yeni tikililərin inşasına dair təkliflər; mövcud avadanlıq və texnologiyaların bərpası və yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər; istehsal olunan məhsulun çeşidi və həcminin artırılmasına dair təkliflər; yeni istehsal və ya xidmət sahələrinin yaradılmasına dair təkliflər; infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər; yeni iş yerlərinin yaradılmasına dair təkliflər (150-dən az olmayaraq) daxil olmalıdır.
İnvestisiya Proqramının ümumi həcmi 10 mln. manatdan az olmamalıdır.
Müsabiqənin qalibi müəssisənin səhmlərinə görə dövlət büdcəsinə ən azı 7,5 mln. manat ödəniş etməlidir.
Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmalıdır. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 təqvim günü müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5%-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 aprel 2019-cu il tarixinədək aparılacaq Təkliflərin dəyərləndirilməsi apelin 26-da baş tutacaq.
“Bakı Fəhləsi Maşınqayırma zavodu” Bakıda yerləşir və eft-qaz və neft-kimya sənayesi üçün avadanlıq, alət və ehtiyat hissələrinin istehsalı üzrə ixtisaslaşıb. Müəəsisə 1900-cu ildə yaradılıb. Hazırda zavodda 69 nəfər çalışır.
1 mart 2019-cu il tarixinə müəəsisənin nizamnamə kapitalı 22,3 mln. manat təşkil edir və hər qiymətli kağıza görə nominal dəyəri 2 maqnat olan 11,15 mln. səhmə bölünüb. 1 mart 2019-cu il tarixinə müəssisəinin öhdəlikləri 2 mln. 552,409 min manata, həmçinin əməkdaşların əmək haqqları üzrə borcları – 100,359 min manata, icbari sosial sığorta üzrə ayrımalar – 2 mln. 24,955 min manata, mallar və xidmətlıər üzrə ayırmalar – 412,772 min manata bərabərdir.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 13 d. əvvəl
-
30 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 45 d. əvvəl
-
50 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
52 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN















.jpg)








