"İstismara qəbul edilən binalarda mənzillər bahalaşacaq"
Bakı şəhərində yeni tikililərin istismara qəbulu və onların bütün kommunal xidmətlərlə təmin edilməsi həmin binalarda şəraitin qaydaya düşməsi və mənzillərin qiymətinin artması ilə nəticələnəcək.
Bu barədə "VECON" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib. Onun sözlərinə görə, istismara verilən binaların qiymətində yerindən və səviyyəsindən asılı olaraq 5-10% artım ola bilər: "Məsələn, "Həzi Aslanov" metrosu ətrafında istismara verilən binalarda mənzillərin kvadratmetri 1200 manat olduğu halda, istismara verilməyən binalarda mənzillərin kvadratmetri bundan təqribən 100 manat aşağıdır".
V.Oruc bildirib ki, binaların istismara verilməsi prosesinin sürətlənməsi haqqında fərman Bakının mənzil bazarının genişlənməsinə, alqı-satqıların artmasına və ümumilikdə daşınmaz əmlak bazarının canlanmasına səbəb olacaq: "Bu qərar mənzil almaq istəyənlərin seçiminin artmasına və qiymətlərdəki xaotikliyin qarşısının alınmasına da imkan verəcək".
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:
Fövqəladə Hallar Nazirliyi (FHN) 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir.
Müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində istismara hazırlığı barədə FHN tərəfindən müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
Binada aparılan müayinənin nəticələri mənfi olduqda, Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini 2 ay müddətində tərtib edib binanın sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. Rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, binanın sifarişçisi yenidən müayinə aparılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edə bilər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi istismara icazə verildiyi gündən 3 gün müddətindəhəmin icazənin və binanın layihəsinin elektron surətini Əmlak Məsələləri Dövlət Komitəsinə və fərmanda göstərilən digər qurumlara göndərəcək.
Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etsin;
Yerli icra hakimiyyəti orqanları bina ilə bağlı rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasında çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sakinlərinə təşkilati baxımdan kömək göstərəcəklər.
“Azərsu”, “Azərişıq” və “Azəriqaz” istismarına icazə verilən binaların 1 ay müddətində su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin edəcəklər.
Bütün bu proseslər haqqında dövlət başçısına hər ay məlumat veriləcək.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







