Avro dollar qarşısında dəyərdən düşür
Cümə axşamı günü açıqlanan Fransa PMI göstəricisinin proqnozdan aşağı olmasından sonra Avronun Dollar qarşısında ucuzlaşması sürətlənib. Məzənnə, Avropa Mərkəzi Bankının (AMB) toplantısından sonra da düşməkdə davam edib.
"Marja" xəbər verir ki, "IHS Markit"in açıqladığı Fransada satınalma menecerləri (PMI) indeksi Yanvar ayında 47.9 səviyyəsində olub. Bu proqnozdan (51) aşağıdır. 50-dən aşağı səviyyələr tənəzzülə işarə edir. Məlumat, Dekabrda 48.7 idi.
Bakı vaxtı ilə saat 17:50-də, Avro/dollar məzənnəsi 0,6% mənfidə,1.1319 səviyyəsində olub (Avro ucuzlaşır, Dollar bahalaşır. 1 Avro 1.1319 dollara düşüb).
Avro, bu həftə dollar qarşısında təxminən 0.15 faiz ucuzlaşıb.
Avropa Mərkəzi Bankı (AMB) 2019-un ilk iclasında gözlənildiyi kimi, faiz nisbətlərində dəyişikliyə getməyib. Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb. AMB, ən azı yay ayına qədər faizlərin bu səviyyələrdə qalacağını təkrarlayıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
56 d. əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ






.jpg)





.jpg)



.jpg)







