Qlobal neft hasilatının azaldığı açıqlandı - NEFT BAHALAŞDI
Qlobal neft hasilatı ötən ilin Dekabr ayında Noyabr ayı ilə müqayisədə 950 min barrel azalaraq gündəlik təxminən 100 milyon 600 min barrelə enib.
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı gündəlik 590 min barrel azalaraq 39 milyon 400 min barel olub.
Dekabrda OPEC daxilində ən çox istehsal artımı Anqola, Nigeriya və Qabonda olub. Nigeriyada neft hasilatı 400 min barrel artaraq 1 milyon 660 min barelə, Anqolada da 400 min barrel artaraq gündəlik 1 milyon 480 min barelə yüksəlib. Qabonda isə gündəlik hasilat 200 min barel artımla 1 milyon 60 min barrelə qalxıb.
Hesabata görə, ötən ay OPEC daxilində ən çox istehsal azalması Səudiyyə Ərəbistanında baş verib. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 420 min barrel azalaraq 10 milyon 640 min barrelə enib.
İran və Liviya da neft hasilatı azalıb. Dekabrda İranda gündəlik hasilatı 170 min barrel azalma ilə 2 milyon 800 min barelə, Liviyada isə 120 min barrel azalma ilə 990 min barrelə enib.
Dekabrda OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı isə 360 min barrel azalaraq 61 milyon 200 min barel olub. Beləliklə, qlobal neft hasilatı Dekabrda əvvəlki ayla müqayisədə 950 min barrel azalaraq gündəlik təxminən 100 milyon 600 min barrelə enib.
Hesabata görə, bu il OPEC-ə üzv olmayan ölkələrin neft hasilatın ötən illə müqayisədə gündəlik orta hesabla 1 milyon 600 min barrel artaraq 62 milyon 100 min barelə yüksələcək.
2019-da tələbat artacaq
Bu il qlobal neft tələbinin gündəlik orta hesabla 1 milyon 400 min barel artımla 100 milyon 700 min barrelə yüksələcəyi proqnozlaşdırılır.
Qlobal neft hasilatının azaldığının açıqlanmasından sonra neft qiymətləri yüksəlib. Brent nefti 2,5% bahalaşaraq 62,70 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)








.jpg)










