Dünya Bankı qlobal iqtisadi artım proqnozlarını aşağı saldı
Dünya Bankı, 2018, 2019 və 2020-ci illərə dair qlobal iqtisadi artım proqnozlarını aşağı salıb.
"Marja" xəbər verir ki, Dünya Bankının "Qlobal İqtisadi Görünüş" hesabatında, 2018-ci ilin sonuna dair qlobal inkişaf ehtimalı 3,1%-dən 3%-ə, 2019-cu il üçün 3%-dən 2,9%-ə endirilib.
Hesabatda, 2020-ci ilə dair qlobal iqtisadi artım proqnozunun 2,9%-dən 2,8%-ə salındığı, 2021-də isə qlobal artımın 2,8 faiz təşkil edəcəyinin gözlənildiyi qeyd edilib.
Beynəlxalq ticarət fəaliyyətinin səngidiyi, qlobal ticarət gərginliyinin artdığı və bəzi böyük inkişaf etmiş iqtisadiyyatların bazar təzyiqi ilə qarşı-qarşıya qaldığı bildirilən hesabatda, inkişaf etmiş iqtisadiyyatların 2018-ci ilin sonunda 2,2 faiz, 2019-da 2 faiz səviyyəsində inkişaf edəcəyinin gözlənildiyi bildirilib.
Hesabatda, ABŞ iqtisadiyyatının 2018-ci il üçün iqtisadi artım proqnozunun 2,7%-dən 2,9%-ə qaldırıldığı, 2019 üçün 2,5 faiz səviyyəsində sabit saxlandığı, 2020-ci il üçün 2%-dən 1,7%-ə salındığı qeyd edilib.
Hesabatda, xarici tələbdəki azalma, artan borc xərcləri və davam edən siyasi qeyri-müəyyənliklərin inkişaf etmiş iqtisadiyyatların artması üzərində təzyiq yaratmağa davam etməsinin gözlənildiyi vurğulanıb.
Dünya Bankının hesabatında, Avro Bölgəsi üzrə iqtisadi artım proqnozunun 2018-ci il üçün 2,1%-dən 1,9%-ə, 2019-a dair inkişaf proqnozunun 1,7%-dən 1,6%-ə salındığı qeyd olunub.
Avro Bölgəsinin 2020-ci ildə inkişaf proqnozunun 1,5 faizdə sabit saxlanıldığı hesabatda, regiondakı inkişafın 2021-ci ildə 1,3 faiz təşkil etməsinin gözlənildiyi qeyd edilib.
İnkişaf etməkdə olan iqtisadiyyatlara dair proqnozlar da endirilib
İnkişaf etməkdə olan iqtisadiyyatların 2018-ci ilin sonuna dair artım ehtimalı 4,5%-dən 4,2%-ə, 2019 üçün 4,7%-dən 4,2%-ə, 2020 üçün 4,7%-dən 4,5%-ə endirilib.
Dünya Bankının hesabatında, Çin iqtisadiyyatında 2018-ci ilin sonuna dair iqtisadi artım proqnozu 6,5 faiz ilə sabit saxlanılıb, 2019-cu ildə ölkə iqtisadiyyatında inkişafın yavaşlayacağının gözlənildiyi qeyd edilib.
Çində iqtisadi artım proqnozu bu il üçün 6,3%-dən 6,2%-ə endirilib. 2020-ci il üçün proqnozun 6,2 faizdə sabit saxlandığı bildirilən hesabatda, ölkədə 2021-ci ildə artımın 6 faiz səviyyəsində gözlənildiyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)








.jpg)








