Şar turlarından 140 milyon manat qazanıblar
Hava şəraitinin əlverişli olduğu günlərdə səhərin erkən saatlarında ard-arda göyə yüksələn şarlar son illərdə Kappadokiya turizminin "lokomotivi"nə çevrilib.
Bölgədə fəaliyyət göstərən 25 şirkətin şar turları təşkil etməyə icazəsi var. Eyni anda 100 şarın uçuşuna icazə verilir.
"Marja" Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) məlumatlarına istinadən xəbər verir ki, 2018-ci ildə isti hava şar turuna qatılan turistlərin sayı əvvəlki ilə nisbətən 63% artaraq 537 min 500 nəfərə çatıb. Bu sayədə iqtisadiyyata təxminən 70 milyon avro (təxminən 140 milyon manat) töhfə verilib.
Ötən illərlə müqayisədə daha çox tələb olan isti hava şarları ilə, 2018-ci il ərzində havanın uyğun olduğu 230 gün uçuş həyata keçirilib. Turlara ən çox tələbat isə oktyabr ayında görülüb. Oktyabr ayında turlara 65 min 604 turist iştirak edib.
Kappadokiyada orta hesabla bir saatlıq şar turunun qiyməti adambaşına 120 ilə 170 avro arasında dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)













