"Büdcə üçün tam səfərbər olmuşuq”
“Dövlət Gömrük Komitəsinin qarşısında gələn il üçün proqnoz tapşırıqları qoyularkən həm nəqliyyat vasitələrində, həm də bəzi mallara müəyyən aksiz dərəcələrində dəyişiklik nəzərə alınıb”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə energetik içkilərə aksiz vergisinin tətbiqinə görə xüsusi hesablama aparılıb:
“Biz də bilirik ki, gələn il üçün Dövlət Gömrük Komitəsi nəzərdə tutulan 3 mlrd. 702 mln. manat proqnozu yerinə yetirəcək. Artıq bu ildən bu proqnozun icrası ilə bağlı bütün resurslar və bütün texniki imkanlar nəzərə alınıb, tam səfərbər olunub. Bununla nağlı hesablamalar aparılıb və hökumətin büdcə sistemi haqqında qanununa uyğun olaraq büdcə layihəsi işlənərkən də DGK-nın ekspertləri, xüsusilə də Baş İdarə rəisləri orada təmsil olunublar. Bütün layihələrin işlənməsində də bizim komitənin əməkdaşları iştirak ediblər. Burada qeyri-obyektiv rəqəm görmürük”.
S. Mehdiyev bildirib ki, ölkəmizdə baş verən iqtisadi inkişaf gələn il də komtənin qarşısına qoyulan proqnozun yerinə yetirilməsi üçün əsas verir: “Ticarət həcmi bu həcmdə qalarsa və bu şəkildə gedərsə, xarici ticarət fəaliyyəti iştirakçılarının hər hansı riskləri ortaya çıxmazsa, bu proqnoz önümüzdəki ildə də yerinə yetiriləcək”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























