ABŞ-ın neft nəhəngləri Azərbaycanı niyə tərk edir?
Bu ilin əvvəllərində neft nəhəngi Exxon Mobil gözlənilmədən Azərbaycanda fəaliyyətini genişləndirdiyini elan edərək, Yaponiyanın İtochu şirkətinin filialından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin səhmlərinin 2,5%-ni aldı.
İki ay sonra, apreldə Exxon Mobil-in prezidenti Nil U.daffin Azərbaycan prezidentinə səmimi məktub göndərərək, onu prezident seçkilərində qələbəsi ilə əlaqədar təbrik edib.
"Exxon Mobil ölkənizin inkişafına qoşula bilməsi ilə qürur duyur və biz səbrsizliklə Respublikanın işıqlı gələcəyinin dəstəklənməsi işimizin davam etdirilməsini gözləyirik", deyə Daffin qeyd edib.
Exxon Mobil 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir, Beynəlxalq Əməliyyat Konsorsiumunda (AİOC) 8% paya malikdir.
Bildirildiyi kimi, indi Exxon Mobil, həmçinin onun əsas rəqibi olan Chevron Azərbaycandan, o cümlədən ölkənin ən böyük neft layihəsindən və boru kəməri infrastrukturundan getmək istəyir.
"Exxon Mobil və Chevron 25 il sonra Azərbaycandakı paylarını satmağa çalışırlar, belə ki, onlar yenidən daxili istehsala yönəlirlər", deyə Reuters dekabrın 4-də məlumat yayıb.
Exxon və Chevron-un rəsmi nümayəndələrindən şərh alına bilinməyib, onlar şirkətlərinin Azərbaycanla bağlı planlarını şərh etməkdən imtina ediblər.
Vaşinqtonda energetika üzrə bir analitik diqqəti son illər Exxon-un əsas qlobal diqqətini bir sıra ölkələrdə dəniz yataqlarının kəşfiyyatına yönəltdiyinə çəkir.
Eyni zamanda, sahə üzrə analitiklər Exxon-un Azərbaycanı tərk etmək qərarının "yalnız ticari qərar olduğundan" əmin deyillər, "baxmayaraq ki, bu, əsas səbəblərdən biri olaraq qalır", deyə ABŞ-ın Energetika Nazirliyinin keçmiş nümayəndəsi ASTNA-ya müsahibəsində bildirib.
Azərbaycanda neft şirkətlərinin qarşılaşdığı problemlərdən biri ölkənin "şübhəsiz, köhnələn və yeni investisiyalara ehtiyacı olan" ağır neft infrastrukturunun inkişafı üçün zəruri olan ekspetizanın olmamasıdır.
Mənbə əlavə edib ki, bu mövzu Qərb diplomatları və energetika şirkətləri tərəfindən ölkə rəhbərliyi qarşısında dəfələrlə qaldırılıb.
"Nəzərə almaq lazımdır ki, neft sənayesi həddindən artıq kapitaltutumludur və bu, Azərbaycanda nəyin yanlış getdiyini anlamağın açarıdır. Neft qiymətləri bahalaşanda neft şirkətləri milyardlarla deyil, milyonlarla dollar gəlir əldə edə və kapital yatıra bilirlər. Neft qiymətləri azaldıqda isə onlar tezliklə milyardlarla itkiyə çevrilə bilir", deyə mənbə bildirib.
Xəzər regionunda işləyən Qərb şirkətləri üçün daha bir mühüm vəzifə, məlum səbəblərdən, İranla bağlıdır. Neft nəhəngləri ABŞ Maliyyə Nazirliyini Azərbaycanın enerji layihələrini həll etməyə razılaşdıra bilsəydi belə, İrana qarşı sanksiyalarla əlaqədar onlar yenə regionda fəaliyyətlərinin miqyasını kəskin şəkildə azaltmalı olacaq, deyə mənbə əlavə edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Turan
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
11 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)



.jpg)







