“Azərxalça” gələn ildən əhalidən yun alacaq - TƏLƏBLƏR
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildən respublika ərazisindən 1500 ton yun toplayacaq. Əhalidən və təsərrüfatlardan yun tədarük edilərkən iplik istehsalına yararlı olan yun qəbul olunacaqdır.
Bunu açıqlamasında Cəmiyyətin mətbuat katibi Tural Səfərov deyib.
O bildirib ki, son illər xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Xalça fabriklərini xammalla təmin etmək məqsədlə Yunəyrici-Boyaq Fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin tikintisinə başlanılıb. Bu məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı hələ 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında yun tədarükü probleminə toxunaraq demişdi: “Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək”.
Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq.
Mətbuat katibi deyib ki, fabrik fəaliyyətə başladıqdan sonra republikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır: “Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri toplanılacaqdır”.
Tural Səfərovun sözlərinə görə, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcəkdir. “Azərxalça” yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edəcək. Bu kurslarda tədarükçülərə yun qəbulunun incəlikləri öyrədiləcək.
“Azərbaycanda Yunəyrici-Boyaq Fabrikinin və tədarük məntəqələrinin yaradılması heyvandarlığın inkişafına da öz təsirini göstərəcəkdir. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcəkdir”, - Tural Səfərov belə deyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
11 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)






.jpg)




