Peyk müşahidəsi kənd təsərrüfatına necə kömək edə bilər?
Prezident İlham Əliyev tərəfindən noyabrın 15-də təsdiqlənmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” yaxın dörd il ərzində iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatının idarəedilməsində mühüm məlumat bazasının toplanmasını nəzərdə tutur.
Bunu açıqlamasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.
Onun sözlərinə görə, proqramda aqrar sektor üçün nəzərdə tutulmuş istiqamətlər elektron kənd təsərrüfatının mühüm komponentlərinin yaradılmasını təmin edəcək: “Çünki müasir terminologiyada “elektron” və ya “ağıllı” adlandırılan, çevik idarəolunan kənd təsərrüfatının qurulması üçün torpaq, bitki, hava məlumat datalarının formalaşdırılması son dərəcə vacibdir. Peyk müşahidələri sisteminin qurulması ölkə ərazisinin rəqəmsal xəritələrinin hazırlanmasına imkan verəcək. Bu xəritələrin hazırlanması kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində mühüm vəzifə kimi müəyyən olunub. Rəqəmsal xəritələr torpaq üzərində istehsal fəaliyyətinin qurulmasında mühüm bir məlumat bazasıdır”.
İnkişaf etmiş ölkələrdə kosmik xidmətlərdən son illər geniş istifadə olunur. Bu barədə danışan Nicat Nəsirli qeyd edib ki, bu xidmətlərin iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahəyə təsirləri də genişmiqyaslıdır, səmərəli idarəetməni təmin edir. Bu mənada, yeni proqramda nəzərdə tutulmuş istiqamətlərin həyata keçirilməsi ölkədə sosial-iqtisadi və texnoloji inkişafa təkan verəcək, milli kadr potensialının formalaşdırılmasına yol açacaq. Proqramda qoyulmuş strateji hədəflər kənd təsərrüfatı sahəsi ilə yanaşı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə edilməsi, meliorasiya və su təsərrüfatı sahələri, nəqliyyat və yol infrastrukturu, turizm, xəritəçəkmə və şəhərsalma, kadastr, naviqasiya və digər sahələrdə peyk müşahidəsi xidmətlərindən istifadə edilməsinə gətirib çıxaracaq, qeyd olunan sahələrin sürətli inkişafına, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə təkan verəcək.
“Etiraf etməliyik ki, bu gün aqrar sektorumuzun dinamik inkişafını ləngidən əsas maneə məlumat datalarının olmamasıdır. Bu, elə məlumatlardır ki, artıq onu subyektiv yollarla əldə etmək mümkün deyil, hökmən peyk vasitəsilə dəqiq müşahidələr olmalı, əldə edilən informasiyalar əsasında tədbirlər planı icra olunmalıdır”, - deyən ekspert bildirib ki, proqramın icrası nəticəsində peyk müşahidəsi xidmətlərindən fəal istifadə edilməsi kənd təsərrüfatında aşağıdakı nəticələrin əldə olunmasına imkan verəcək:
- əkinəyararlı torpaqların inventarlaşdırılması imkan verəcək ki, dövriyyədə olan torpaqların uçotu aparılsın, nə qədər sahələrin əkildiyi məlum olsun;
- əkin altında olan və olmayan torpaqların keyfiyyət göstəricilərinin müəyyən olunması asanlaşacaq, müxtəlif səbəblərdən baş verən dəyişiklərin (torpaq resurslarının eroziya və deqradasiya proseslərinin dəqiq monitorinqi) müntəzəm monitorinqi həyata keçiriləcək;
- əkilən bitkilərin vegetasiya mərhələlərini nəzarətdə saxlamaq, eləcə də fitosanitar müdaxilələrin vaxtında aparılması, sahələrdə yayılan xəstəliklərin və onların yayılma arealının müəyyən olunması asanlaşacaq;
- əkin sahələrində lazımi həddə gübrələmənin aparılması, bitkinin potensial məhsuldarlığının proqnozlaşdırılması;
- kənd təsərrüfatının inkişafında ən mühüm addımlardan biri olan sığorta sisteminin qurulması üçün əkinlərin qiymətləndirilməsi, fermerlərə dəymiş zərərin miqyasının müəyyən edilməsi;
- torpaqlardan səmərəli istifadə, növbəli əkin sisteminin qurulması üçün məlumat bazasının yaradılması;
- meliorasiya və su təsərrüfatı sahəsinin inkişafının planlaşdırılması;
- torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət və torpaqlardan faktiki istifadənin monitorinqi.
“Beləliklə, proqramın icrası uğurla həyata keçirilərsə, aqrar sektorumuzun informasiya tutumu artacaq, dəqiq analizlərin aparılması mümkünləşəcək”, - deyə Nicat Nəsirli bildirib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
16 d. əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
-
56 d. əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
3 saat əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
Ən çox oxunanlar
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq





















