Beş ildən sonra “süni Günəş” enerjisi hasil oluna bilər
Bəşəriyyət beş ildən sonra miniatür reaktorlar vasitəsilə “süni Günəş” enerjisindən istifadə edə bilər. Söhbət ucuz və ekoloji cəhətdən təmiz enerji mənbəyi olacaq istilik-nüvə reaktorlarından gedir.
BBC xəbər verir ki, hazırda istifadə etdiyimiz karbohidrogen yanacaqların səbəb olduğu qlobal istiləşmə şəraitində dayanıqlı alternativ enerji mənbələrinə ehtiyac duyulur. Alimlərin fikrincə, bu mənbələrin olmaması gələcəkdə su və ərzaq çatışmazlığı, aclıq və müharibələrə səbəb ola bilər. Bu problemin həllinin yeganə yolu isə istilik-nüvə sintezləridir. Energetika üzrə ekspertlərin şübhə ilə yanaşdıqları bu enerji mənbəyi, bəzi startapların bildirdiyinə görə, beş ildən sonra reallığa çevrilə bilər.
Kanadanın “General Fusion” şirkətinin direktoru Kristofer Mouri əmindir ki, göstərilən müddətdə Günəş planetində olduğu kimi, Yerdə də xüsusi qurğularla atomun parçalanması yolu ilə enerji əldə etmək mümkün olacaq. Onun sözlərinə görə, hazırda atom parçalarının iki hidrogen izotopunun – deyteriy və tritiyin birləşməsi prosesi üçün böyük həcmdə enerji tələb olunur. Hasil olunacaq enerji bundan daha az olduğundan, hələlik istilik-nüvə reaktorları sərfəli deyil.
Oksforddakı Kebl kollecinin professoru Ueyd Ellison əlavə edib: “XXI əsrin texnologiyaları istilik-nüvə reaktorlarını təkmilləşdirməyə imkan verir. Yeganə əngəl nəzəriyyənin praktikaya tətbiqidir. Biz dəqiq vaxtı əminliklə söyləyə bilmərik, amma əsas elmi-nəzəri məsələlər həllini tapıb. İndi materiallarla bağlı texniki problemlər yoluna qoyulmalıdır”.
U.Ellisonun qənaətinə görə, əsas problem reaktorun yüksək təzyiqə davam gətirəcək və olduqca qızmar plazmanı əriməkdən qoruyacaq qabığının düzəldilməsidir. Yerin orbitinə qayıdan kosmik gəmilərdə olduğu kimi, bu reaktor da ən yüksək temperatura davam gətirməlidir. Həmçinin, avtomatik xidmət və təkrar enerji sistemlərinin quraşdırılmasına da ehtiyac var. Bunun üçün Böyük Britaniyanın Atom Enerjisi Agentliyində yeni tədqiqat mərkəzi yaradılır.
BBC-nin məlumatına görə, bir sıra özəl şirkətlər bu problemləri daha tez və səmərəli həll edəcəklərini bildirirlər. İngiltərənin Oksfordşir qraflığında yerləşən “Tokamak Energy” şirkəti yüksək hərarətli ötürücülərdən istifadə etməklə reaktorun plazmasını qüvvətli maqnit sahəsində saxlamaq üçün yeni texnologiyalar hazırlayır. “Fizikanın bu sahəsində mənfi 70 dərəcə və daha aşağısı “yüksək hərarət” hesab olunur. Şirkətin icraçı direktoru Conatan Karlinq bildirib ki, “sferik reaktor” adlanan bu yeni qurğu yüksək təzyiqə daha dözümlü və ölçücə kiçikdir. Artıq “Tokamak Energy” “ST-40” yeni reaktorunu sınaqdan çıxarıb və onun plazmasında temperatur 15 milyon dərəcəyə çatdırılıb ki, bu da Günəşin hərarətindən çoxdur. C. Karlinq əlavə edib ki, onun rəhbərlik etdiyi şirkət reaktordan ilk enerji hasilatını 2022-ci ildə həyata keçirəcək. Enerjinin şəbəkəyə ötürülməsi isə 2030-cu ildə reallaşa bilər.
Çin alimləri də istilik-nüvə reaktorları üzərində iş aparırlar. “Çinin süni günəşi” adlana reaktorun plazmasında isə temperaturu 100 milyon dərəcəyə qaldırmaq mümkün olub. Çinlilər də reaktorun qabığının hazırlanması üzərində iş aparırlar.
Bu sahədə ən böyük layihələrdən biri isə Bill Qeyts, Ceff Bezos, Maykl Blumberq və digər milyarderlərin maliyyələşdirdikləri və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun “Birlik Sintez Sistemi” şirkəti ilə birgə həyata keçirdikləri “Sparc” layihəsidir. Bu layihə çərçivəsində daha kompakt və istehsal müəssisələrində asanlıqla quraşdırılacaq reaktorların hazırlanması nəzərdə tutulur.
Ekspertlər bildirirlər ki, özəl firmaların bu layihələri 35 ölkənin iştirakı ilə həyata keçirilən ITER (Beynəlxalq istilik-nüvə eksperimental reaktoru) proqramını kölgədə qoya bilər. Belə ki, bu proqramın başa çatması müddəti bəlli deyil və yaxın gələcəkdə özəl şirkətlərin himayəsinə keçməsi ehtimalı da var.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
4 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
5 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
22 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif
















