“Vergi Məcəlləsindəki dəyişikliklər yaşam sığortasına təsir etməyəcək” - MÜSAHİBƏ
Azərbaycan Sığorta Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli maliyyə və sığorta sektorunda baş verən proseslər, gələcək planlarla bağlı sualları cavablandırıb:
- Mustafa müəllim, 2019-cu ildə yeni Vergi Məcəlləsinin qüvvəyə minəcəyi gözlənilir. ASA rəhbəri olaraq öncə mümkün yeniliklərə dair fikrinizi bildirməyinizi xahiş edirik.
- Gözlənilir ki, yeni ildən, yəni 2019-cu ilin yanvarından vergilərlə bağlı yeni qanun layihəsi qəbul olunsun, nəticədə işçilər və işə götürənlərin ödədikləri gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar və işsizlikdən sığorta üzrə ödəmələrdə dəyişiklik baş versin və vahid ödəmə sisteminə keçilsin. Hazırda bu barədə qanun layihəsi mövcuddur, həmin layihənin bu formada qəbul olub-olmaması ilə bağlı suallar var. Amma layihəyə əsasən deyə bilərəm ki, gözləntilərə görə, işçinin əməkhaqqı 8 min manata qədər olduğu təqdirdə işçi və işəgötürənin birgə ödəyəcəyi məbləğ 26%-ə bərabər olacaq. Maaş 8000 manatdan yuxarı olduğu təqdirdə isə bu göstərici 26% deyil, 40% olacaq. Neft sektorunda isə maaşın məbləğindən asılı olmayaraq bu vahid ödəmənin 40% olacağı gözlənilir.
- Hazırda bir çox insanlar həyatın yaşam sığortası adlı həyat sığortası məhsuluna qoşulmaqla aylıq əmək haqlarını şəxsi sığorta hesablarına yönləndirir və müəyyən dövrdən sonra həmin vəsaitləri əldə edirlər. Qeyd olunan vergi islahatları, bu həyat sığortası məhsuluna və bütövlükdə sığorta sektoruna necə təsir edəcək?
- Öncə bilməyənlər üçün aydınlıq gətirim ki, həyatın yaşam sığortası adlı yığım investisiyası məhsulu 2011-ci ildən mövcuddur. Məhsulun mahiyyəti ondan ibarətdir ki, hər bir işçi çalışdığı müəssisədə aldığı aylıq əmək haqqını vergi və sosial sığorta tutulmaları ilə birlikdə öz fərdi sığorta hesabına yönləndirə və müəyyən dövrdən sonra həmin vəsaiti əldə edə bilər. Bir çoxları bir vacib məqamı unudur ki, bu məhsul investisiya xarakterli olmaqla bərabər, ilk növbədə həyat sığortası məhsuludur. Belə ki, sığortalanan şəxs öz həyat sığortası hesabına köçürdüyü aylıq vəsaitlərin cəmi qədər müqavilənin qüvvədə olduğu müddət ərzində həyatını sığortalamış olur. Başqa sözlə, sığorta müddətində sığortalı dünyasını dəyişərsə, o zaman sığorta müddəti ərzində toplanacaq vəsait həmin şəxsin ailəsinə ödəniləcək. Yəni sığortalanan şəxs üçün bu məhsul yaşam halında investisiya və qazanc, ölüm halında isə sığorta və güvən mənbəyidir. Bu baxımdan Məcəllədə baş verən dəyişikliklərin bu məhsulun populyarlığına mənfi təsir göstərəcəyini gözləmirəm. Əksinə, mən hesab edirəm ki, bu dəyişiklik məhsula olan diqqəti daha da artıracaq.
- Nəyə görə bu cür fikirləşirsiniz?
- Baxın, bu məhsulu həyat sığortası şirkətləri 2011-ci ildən müştərilərə təqdim edir. 7 il vaxt keçməsinə baxmayaraq, indiyə qədər cəmi 10 min nəfər ondan faydalanıbr. Bunun bir neçə səbəbi var, ən vacib 2 səbəbi vurğulamaq istəyirəm. Birincisi, həyatın yığım sığortası ilə bağlı mövcud qanun layihəsində istifadə olunan bəzi ifadələr qanun maddəsinin fərqli şərhlərinə yol açır. Bu isə bəzi şirkətləri öz əməkdaşlarını bu məhsuldan faydalanmaq və işçinin xeyrinə sığorta hesabına köçürmələr etməkdən çəkindirirdi. Gözlənilən islahatlar nəticəsində bu ikili şərhlərin aradan qaldırılması nəinki özəl şirkətləri, eyni zamanda dövlət müəssisələrini də bu məhsuldan faydalanmağa sövq edəcək. Artıma işarə edən digər bir səbəb isə yeni ildən aparılacaq digər vergi islahatları nəticəsində əmək haqlarının “ağarması” və rəsmi əmək haqlarının həcminin artması olacaq.
- Həyatın yığım sığortasının gəlirliyinin dəyişməsi barədə nə deyə bilərsiniz?
- Əgər sual vergi və sosial sığorta tutulmalarının cəminin azalması nəticəsində yığım sığortasına toplanan vəsaitin azalmasından gedirsə, bu fərq cüzi olacaq, ona görə də bu məhsula gəlir kimi baxan həmvətənlərimiz narahat olmaya bilər. Əgər sual bununla bağlı hər hansı məhdudiyyətlərin olacağından gedirsə, əksinə düşünürəm ki, qeyd etdiyim kimi gözlənilən dəyişikliklər nəticəsində ümumi həm özəl, həm də dövlət müəssisələrinin əməkdaşları bu məhsulun üstünlüklərindən faydalanması nəticəsində ümumi yığım göstəriciləri ciddi şəkildə artacaqdır.
- Müştərilərə faydalarını geniş izah etdiniz. Sizcə dövlətin bu məhsulun inkişafında marağı nədən ibarətdir?
- Dövlət üçün həyatın yaşam sığortasınn 2 əsas üstünlüyünü vurğulamaq istərdim. İlk növbədə, məhsula qoşulan şəxslərin köçürdükləri vəsaitlər minimum 3 il müddətində yığım hesabında toplanır, həyat sığortası şirkətləri isə bu vəsaitləri ölkə daxilində müxtəlif maliyyə alətlərində yerləşdirirlər. Nəticədə həmin vəsaitlər özəl və dövlət maliyyə qurumları tərəfindən iqtisadiyyata yönləndirilir və bu iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. İkinci vacib üstünlük isə ölkə əhalisinin həyat sığortasına olan güvəninin artması və maliyyə alətlərindən istifadənin təşviq edilməsidir ki, bu da uzunmüddətli perspektivdə çox böyük əhəmiyyət kəsb edir.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
5 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
5 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
7 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)







.jpg)





