Azərbaycan və Kipr birgə müəssisə yaradır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Kiprin “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır.
ASCO-nun mətbuat katibliyindən "Marja"ya bildirilib ki, bununla bağlı gəmiçiliyin sədri Rauf Vəliyev və “Columbia Shipmanagement”in sədri Henrix Şüller arasında anlaşma memorandumu imzalanıb.
Yeni birgə müəssisə vasitəsilə ikitərəfli əməkdaşlıq daha da güclənəcək. Belə ki, müəssisə beynəlxalq sularda böyükhəcmli tankerlərin istismarı ilə bağlı təcrübə mübadiləsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçilərinə və ofis heyətinə təlimlərin keçirilməsi və yeni xarici layihələrdə gəmiçiliyin iştirakının təmin edilməsi üçün əsaslı zəmin yaradacaq.
Tərəflər arasında birgə müəssisənin yaradılması üçün danışıqların davam etdirilməsi, tələb olunan texniki-iqtisadi sənədlərin hazırlanması ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Columbia Shipmanagement” arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Elə bu əməkdaşlığın nəticəsi olaraq hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçiləri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə keçirlər. Birgə həyata keçirilən bu layihədən gəmiçiliyin il ərzində ümumilikdə 20-dən çox dənizçisi faydalanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






