"Yerli düyünü alan azdır" - SATIŞ VƏ EMALDA PROBLEMLƏR
İdxal düyü yerli çəltikçiliyi beşiyində boğur. Bazarının dünyanın ayrı-ayrı yerlərindən gələn və çox halda mənşəyi bəlli olmayan düyülərlə dolması yerli məhsulu sıxışdırır.
Ağdaşın aqrar sektorunda çəltikçiliyin xüsusi yeri, çəkisi var. Təsadüfi deyil ki, uzun zamanlardan bəri Ağdaş düyüsü adla deyilir. Bu düyüdən bir dəfə istifadə edən onun daimi alıcısına çevrilir. Elə bu səbəbdən son illər rayonda bu sahəyə maraq daha da artmışdır.
Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Rahim İsmayılov deyir ki, bu il rayonda 589 hektar sahədə çəltik əkilib. Əkinin daha çox aparıldığı kəndlər arasında Aşağı və Yuxarı Nemətabad kəndləri, Qumlaq, Şıxlı, Ləki və digərləri var. Fermerlər əsasən "Yerli bezos”, "Ağ mirvari”, "Qırmızı mirvari”, "Çappa”, "Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi, yerli düyü də ekoloji cəhətdən təmiz olduğuna və qidalılığına görə idxal edilən düyülərdən daha keyfiyyətlidir.
Bu il havaların isti keçməsi səbəbindən suya tələbat çox olsa da, Ağdaşda çəltiyin becərilməsi aqrotexniki tələblərə uyğun şəkildə aparılıb. Artıq sahələrin əksər hissəsi yığılıb. Hektardan orta məhsuldarlıq təxminən 30-32 sentner olub.
Yığımda iki çəltikbiçən kombayndan istifadə edilib. Amma bu, əkin sahələrinin həcmi ilə müqayisədə çox azdır. Məlumat üçün bildirək ki, rayon ərazisində cari il təxminən 35 fermer və onların hər birinin yanında 3-4 nəfər çəltikçiliklə məşğul olub. Başqa bir problem qiymətlə bağlıdır. Belə ki, emal prosesindən keçən düyünün hazırkı qiyməti yerində 1-1,20 manat arasında dəyişir. Maya dəyərinin 80-85 qəpik arasında olmasını nəzərə alsaq, istehsalçıya qalan qazanc çox azdır.
Qeyd edək ki, Bakıda "Bazarstore" şəbəkəsində Ağdaş düyüsününü kiloqramı 1.70 manata satılır.
Qumlaq kənd sakini Seyran İsgəndərovla Aşağı Nemətabad kəndində emal müəssisəsində görüşdük. Öyrəndik ki, 5 hektar sahədə çəltik əkib. Məhsuldarlıq da yaxşı olub - hektardan 30-35 sentner. O, əlavə olaraq çəltik dəyirmanında da işləyir. Burada həm öz, həm də başqalarının çəltiyini üyüdür.
Bildirdi ki, İran İslam Respublikasından 3 dəyirman dəsti alıb gətiriblər. Biz sahədə olan zaman dəyirmanlardan ikisi qoşulmuşdu. Dediyinə görə, zərurət yaranacağı halda üçüncünü də quraşdıracaqlar. Amma emal sahəsində də problemləri var. Bu da əsasən elektrik enerjisi təchizatı ilə bağlıdır. Mühərriklərin gücü yüksək olduğundan çox enerji tələb edir. Odur ki, sayğac lazımdır. Amma dəfələrlə sayğac quraşdırılması üçün müraciət etsələr də, nəticəsi olmayıb. Ona görə də bu gün göstərilən xidmət əvəzində əldə olunan gəlirin xeyli hissəsi elektrik enerjisinə sərf edilir.
Digər çətinlik isə yerli düyünün alış bazarının zəif olmasıdır. Bu gün yerli düyü əsasən daxili bazarda satılır ki, bu da nə həcm, nə də qiymət baxımından sərfəlidir. İstehlak bazarının dünyanın ayrı-ayrı yerlərindən gələn və çox halda mənşəyi bəlli olmayan düyülərlə dolması yerli məhsulu sıxışdırır. Halbuki yerli düyü idxal olunanlarla müqayisədə bütün keyfiyyət meyarlarına görə daha üstün və qiymət sarıdan daha sərfəlidir.
Ağdaşlı fermerlər bu sahəni davamlı olaraq inkişaf etdirmək niyyətindədirlər. Ona görə də çəltik istehsalı sahəsində toxumçuluq təsərrüfatlarının və yüksək məhsuldar toxum sortlarının yaradılmasını, çəltik əkini və yığımı üçün texnikaların gətirilməsi və onların lizinq yolu ilə istehsalçılara satılmasını, həmçinin müasir çəltik emalı müəssisələrinin istifadəyə verilməsini istəyirlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!


© "Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 14 d. əvvəl
- 20 d. əvvəl
-
-
45 d. əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
2 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 2 saat əvvəl
-
11 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib
İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır



















