Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək
Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək.
Zavod avtomobil sənayesində müasir dövrün ən aktual məsələsi olan elektriklə çalışan avtomobillər istehsal etmək üçün hazırlıqlar görür və qısa zamanda bu layihəni həyata keçirməyi planlaşdırır.
Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayev deyib ki, bu, həm qənaətlilik, həm də ekoloji cəhətdən ən öndə duran məsələlərdən biridir: "Bundan əlavə olaraq LİFAN minivenlərinin bazasında “təcili tibbi yardım” üçün istifadə oluna biləcək avtomobillər sifariş etmiş və 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrin yığımını həyata keçirəcək".
Zavod direktoru qeyd edib ki, Naxçıvan avtomobil zavodu blokada şəraitində olan Muxtar Respublikada təsis olunub və 2010-cu ildə fəaliyyətə başlayıb:
"Məqsəd Muxtar Respublikanın sosial-iqtisadi, ictimai məsələlərində iştirak etmək, iqtisadiyyatın inkişafına öz təhvəsini verməkdən ibarət idi. Bugünədək zavodda 5000-dən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq LİFAN markalı 4 model avtomobil istehsal olunub və NAZ-LİFAN brendi altında satışa çıxarılır. Hal-hazırda ticari avtomobillər də daxil olmaqla model sırası 14 fərqli modeldən ibarətdir".
M.Abdullayevin sözlərinə görə, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal edilir:
"Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilmiş, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və sürüş məsafəsi artırılaraq 3 il və ya 150.000 km-ə çatdırılmışdır. Hal-hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan sayılan NAZ-LİFAN 820 modeli; ekonomik NAZ-LİFAN 330 modeli; zavodun satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə flaqman modeli olan 620 modelinin yeni dizayn və yeni ekonomik mühərrik ilə təchiz olunmuş NAZ-LİFAN 650 (NAZ-LİFAN 620-II) modeli və krosover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan yenilənmiş mühərriklə təchiz olunmuş NAZ-LİFAN X60 modeli istehsal olunur".
Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə, bəzi ehtiyat hissələrinin respublikada istehsal olunması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
- 17 d. əvvəl
- 21 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb







.jpg)






.jpg)






