"Türkiyədə faizin artırılması nisbi sakitlik yaradacaq"
"Faiz dərəcəsinin kəskin artırılması Lirəni qısamüddətli dövrdə qoruya bilər"
"Türkiyə, Qərb və xüsusən də ABŞ ilə münasibətləri normallaşdırmasa, uçot dərəcəsinin artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq".
"Marja" xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.
İqtisadçı qeyd edib ki, Türkiyə Mərkəzi Bankı faiz dərəcəsinin 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib. Bu son 15 ildə ən yüksək faiz dərəcəsidir:
"Türkiyədə faiz dərəcəsi 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb. Mərkəzi Bankın qərarından sonra Lirə az da olsa dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.40 lirə ödəmək lazım idisə bu göstərici 6.1-dək düşdü. Amma faiz dərəcəsinin kəskin artımı Lirəni qısamüddətli dövrdə qoruya bilər, orta və uzunmüddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir. Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, “iPhone” telefonlarından imtina etməklə bu defisiti bağlamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, Qərb və xüsusən də ABŞ ilə münasibətləri normallaşdırılması çox vacibdir. Əks halda faiz dərəcəsinin artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
31 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU





.jpg)
.jpg)




.jpg)






