Tiklilər söküləcək, obyekt sahibləri 40 min manatadək cərimələnəcək
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı aparılan monitorinqlər artıq nəticəsini verir.
Komitə tərəfindən məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanılıb.
Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tiklilər cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması təmin ediləcək. Hazırda Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib, 78 halla bağlı isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə tətbiq olunub.
Belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 aprel 2016-cı il tarixli qərarına əsasən Xəzər dənizinin (gölünün) sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri təsdiq edilib. Qərara görə həmin zolağın su səthinin quru ilə təmas xəttinin uzunluğu 752,9 kilometr və zolağa düşən torpaq istifadəçilərinin sayı isə 517 olduğu müəyyənləşdirilib.
Torpaq Məcəlləsinin 46-cı maddəsinin müvafiq bəndinə uyğun olaraq Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağına düşən torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
-
34 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 38 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı






.jpg)
.jpg)










.jpg)







