“Nar” 4G istifadəçilərinin sayını açıqladı - BÖYÜK ARTIM
2018-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, 1 il ərzində “Nar” 4G internetindən istifadə edən abunəçilərin sayı 24% artıb. "Azerfon" şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, hazırda 250 mindən çox abunəçi “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edir.
Qeyd edək ki, “Nar” 4G interneti paytaxtla yanaşı ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.
2018-ci ildən başlayaraq ölkənin 30-dan çox şəhər və rayon mərkəzlərində 4G baza stansiyaları istifadəyə verib və nəticədə “Nar” abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.
Son bir il ərzində “Nar” abunəçiləri 3.3 mln GB həcmində data trafik istifadə edib. Öncəki illə müqayisədə bu rəqəm 36% çoxdur. Ümumi data trafik istifadəsinin 1.3 mln GB-lıq hissəsi 4G xidmətinin payına düşür. 2018-ci ilin ilk iki rübü ərzində aparılan işlərin nəticəsi olaraq, illik 4G internetinin trafik həcmi öncəki illə nisbətdə 3 dəfədən çox olmuşdur.
Qeyd edək ki, “Nar” bu göstəricilərin daha da yüksəlməsi üçün ölkə boyunca 4G baza stansiyalarının sayını durmadan artır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)






