Qlobal neft hasilatı azalıb
Amma, istehsalın azaldılması yanvar ayında gündəlik 1,5 milyon barreldə qalıb və nəzərdə tutulan 1,8 milyonluq hədəfə çatmayıb.
"Marja" xəbər verr ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Hesabatı"na görə, qlobal neft hasilatı yanvarda ötən ilin müvafiq ayına nisbətən gündəlik 730 min barrel azalma ilə 96,4 milyon barrelə enib.
Həmin dövrdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı, 2016-cı ilin Yanvar ayı ilə müqayisədə gündəlik 1 milyon barrel azalaraq 32,06 milyon barrelə enib.
Səudiyyə Ərəbistanı, yanvarda razılaşmada nəzərdə tutulandan daha çox neft hasilatını azaldıb. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı, gündəlik hasilatını 9,98 milyon barel olaraq həyata keçirib. Əvvəlki ay hasilatı gündəlik 10,48 milyon ətrafında reallaşmışdı.
OPEC-in ikinci ən iri neft istehsalçısı gündəlik 4,45 milyon barrellə İraq olub. İranın yanvardakı istehsalı isə gündəlik 3,75 milyon barrelə çatıb.
OPEC ölkələrinin hasilatı azaltmaq qərarından sonra, yanvarda qlobal neft hasilatı əvvəlki ilin eyni ayı ilə müqayisədə gündəlik 730 min barel azalaraq 96,4 milyon barelə enib.
Keçən ay OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə 57,61 milyon barel təşkil edib. Ötən ilin dekabr ayında OPEC-ə daxil olmayan ölkələrin hasilatı gündəlik 58,04 milyon barel yaxınlığında idi.
Yanvar ayında 2016-cı ilin Dekabr ayı ilə müqaysədə OPEC və kartelə daxil olmayan ölkələrin istehsal azaltmaları 1,5 milyon barreldə qalıb.
IEA proqnozuna görə, bu il OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı istehsalın azaldılması qərarını da nəzərə aldıqda, ötən illə müqayisədə gündəlik orta hesabla 400 min barrel artırması gözlənilir.
Yanvar ayından etibarən OPEC gündəlik 1,2 milyon barrel hasilat azaldılması planlaşdırarkən, OPEC üzvü olmayan ölkələrin isə hasilat azaldılmasına gündəlik 600 min barrel töhfə verməsi qərara alınmışdı (Cəmi 1.,8 milyon barel).
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
21 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
7 d. əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
29 d. əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ən çox oxunanlar
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb
Trumpdan G20 Zirvəsinə Putini dəvət planı
Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib













.jpg)








