Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

"Google"ın ana şirkətinin səhmləri rekord qırdı

AzVak-mobil_resmin_ustu_31
"Google"ın ana şirkətinin səhmləri rekord qırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın texnologiya nəhənglərindən "Google"ın ana şirkəti "Alphabet"in səhmləri rekord qırıb.
 

"Marja" xəbər verir ki, dünən Nyu-York Birjasında "Alphabet"in səhmi 5,3 faiz bahalaşaraq 1275 dollara qədər qalxıb. Səhmin dəyəri şirkət tarixində ən yüksək səviyyəyə çatıb.
 

Reklam_3_11

Bu nəticə ilə, ABŞ-ın ən dəyərli 3-üncü şirkəti mövqeyinə gələn "Alphabet"in bazar dəyəri 44 milyard dollar artımla 871 milyard dollara yüksəlib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Analitiklər, "Alphabet"in dünən açıqlanan ikinci rüb balansının bazar gözləntilərini geridə qoyduğuna işarə edərək, şirkətin səhmlərinə olan tələbatın artdığını bildiriblər.
 

"Alphabet"in dünən açıqlanan balansında, şirkətin bu ilin ikinci rübündəki gəlirlərinin keçən ilin eyni dövrünə nisbətən 25,6 faiz artaraq 32,66 milyard dollara yüksəldiyi bildirilmişdi.

25.07.2018 04:52
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19