Caspian European və American Club-un tədbirlər planı təsdiqlənib
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un İdarə Heyəti tərəfindən 2017-ci ilin tədbirlər planı təsdiqlənib və rəsmi saytda (www.caspianenergy.org) dərc olunub. Bu barədə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Təsdiqlənmiş proqrama müvafiq olaraq, hər ayın üçüncü çərşənbə günü CEO Lunch keçiriləcək. CEO Lunch çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının başçıları, diplomatik nümayəndəliklərin rəhbərləri, CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunacaq. İlk CEO Lunch fevralın 15-də keçiriləcək.
Caspian Energy Forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə xüsusi sessiyalar keçiriləcək. Mənzil inşasına həsr olunmuş birinci sessiya 2017-ci il martın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinim direktoru Samir Nuriyevin iştirakı ilə təşkil olunacaq.
Telman Əliyevin sözlərinə görə, CEİBC-nin üzv şirkətləri üçün bu il ilk dəfə olaraq martın 15-də və dekabrın 20-də müvafiq olaraq NOVRUZ PARTY və NEW YEAR PARTY təşkil ediləcək. Eyni zamanda SUMMER WEEKEND çərçivəsində qolf üzrə Caspian Energy Cup, Caspian Energy Short Film Festival, həmçinin radioidarəedilən təyyarə və avtomobillər arasında Caspian Energy Qran-prinin keçirilməsi planlaşdırılır.
Telman Əliyev həmçinin qeyd edib ki, CEİBC-nin üzv şirkətləri üçün vergi, gömrük, əmək və miqrasiya hüququ, marketinq, brend-menecment, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, HR, korporativ idarəetmə və inkişafın digər istiqamətləri üzrə hər ay ödənişsiz seminarlar təşkil olunacaq. Növbəti seminar “Şirkətin məqsədləri və insan resurslarının strateji rolu” mövzusunda “Barattson School of Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev tərəfindən 2017-ci il fevralın 22-də keçiriləcək.
Klubun 15 illik yubileyi və Caspian Energy jurnalının 100-cü yubiley nömrəsinin çapı ərəfəsinə təsadüf edən 4-cü Beynəlxalq Caspian Energy Forum Baku – 2017 çərçivəsində xeyli sayda əcnəbi spikerlərin iştirakı gözlənilir. Hal-hazırda dünyanın 17 ölkəsindən 300 deleqat qeydiyyatdan keçib. Forumun 2017-ci il aprelin 12-də keçiriləcək açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə “İlin islahatçısı” nominasiyasında Caspian Energy Award mükafatı təqdim olunacaq.
Biznes-hökumət dialoqunun təşkili üzrə ənənəvi biznes-forumların və dəyirmi masaların təşkili ilə bağlı iş canlandırılacaq. Forumların işi zamanı CEİBC-nin üzv şirkətlərinin top-menecerləri, hökumətin iqtisadi blokunu təmsil edən sahə nazirliklərinin və qurumlarının rəhbərləri biznes və investisiya mühitinin gələcəkdə də yaxşılaşmasına yardım edəcək problem, təklif və sualları müzakirə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























