Yenə lider Qətərdir
Ötən il ən çox mayeləşdirilmiş qaz (LNG) ixrac edən ölkə 103,4 milyard kubmetrlə yenə Qətər olub.
"Marja"nın müxbirinin, "BP 2018 Dünya Enerji Statistikası Hesabatı"ndan topladığı məlumata görə, ötən il dünyada ümumilikdə 393,4 milyard kubmetr LNG ixrac edilib.
Hesabata görə, LNG-nin əsas alıcısı Asiya-Sakit Okean ölkələridir. Bu regiondan sonrakı ən böyük alıcı Avropadır.
Qətərin LNG ixracı ötən il bir əvvəlki illə müqayisədə 3,5% azalaraq 103,4 milyard kubmetrə enib. Buna baxmayaraq, Qətər LNG ixracında birinci yerdədir. 2016-da bu miqdar 107,2 milyard kubmetr olmuşdu.
Qətərin ardınca müvafiq olaraq 75,9 milyard kubmetrlə Avstraliya, 21,7 milyard kubmetrlə İndoneziya və 17,4 milyard kubmetrlə ABŞ gəlir.
Digər tərəfdən, Qətər, 15,9 milyard kubmetrlə ən çox Cənubi Koreyaya LNG satıb.
ƏSAS ALICI YAPONİYADIR
Qlobal enerji bazarlarında ötən il ən çox LNG idxalını 113,9 milyard kubmetrlə Yaponiya həyata keçirib.
Yaponiyanın ardınca Çin, Cənubi Koreya və Hindistan gəlir. Avropada isə ən böyük iki alıcı İspaniya və Türkiyədir.
İspaniya ötən il 16,6 milyard kubmetr LNG idxal edib, bu ölkənin ardınca 10,9 milyard kubmetrlə Türkiyə yer tutur.
Türkiyənin baş LNG tədarükçüləri isə Əlcəzair, Nigeriya və Qətərdir.
Beynəlxalq Enerji Agentliyinin 2017-ci ilin sonunda dərc etdiyi hesabata görə, dünyada LNG tələbatı 2022-yə qədər 460 milyard kubmetrə çatacaq. Hesabata görə, qlobal miqyasda LNG qiymətlərini gələcək dövrdə Avstraliya, ABŞ, Qətər kimi böyük istehsalçılar istiqamətləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 22 saat əvvəl
-
-
22 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)







.jpg)



