Bu gün işə düşən zavod təxminən 30 milyon manata tikilib
Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun yaradılmasına 29,7 milyon manat xərclənib.
"Marja" xəbər verir ki, bunu “ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov bildirib.
Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib. Müasir texnologiyalar əsasında yaradılan bu zavod inkişaf etmiş ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilib. Eyni zamanda, “ATEF Şirkətlər Qrupu”nun ümumi dəyəri 20 milyon manat olan iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar və metal-konstruksiyalar zavodlarının yaradılmasına verilən 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub və tam geri qaytarılıb.
Ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel və mis anod istehsalı, əritmə və ekstruziya, mexaniki emal, yığma və sınaq sahələrindən ibarətdir. Zavodda illik 5 min 300 ədəd müxtəlif növ elektrotexniki avadanlıqların, o cümlədən güc transformatorları üçün izolyasiya detalları, yüksəkgərginlikli vakuum və eleqaz tipli açarlar, ayırıcılar, torpaqlayıcılar, ölçü transformatorları, kabeller və transformator buraxılışında istifadə olunan digər hissələrin istehsalı mümkündür. Qeyd olundu ki, bu məhsulların istehsalı üçün tələb olunan xammal və köməkçi detallar əvvəllər xarici bazarlardan alınırdı. Zavodun sınaq laboratoriyası da müasir səviyyədədir. Burada yerli mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər. Yüksək gərginlikli avadanlıqlar zavodunun fəaliyyətə başlaması ilə transformator, yarımstansiya və digər elektrik avadanlıqlarının istehsalında yerli materiallardan istifadə olunması nəticəsində lokalizasiya səviyyəsi 70-90 faizə çatacaq ki, bu da buraxılan məhsulların maya dəyərinin aşağı düşməsinə, idxaldan asılılığın və ölkədən valyuta axınının qarşısının alınmasına səbəb olacaq. Zavodda 310 yeni iş yeri açılıb.
Bu gün Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə salıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 1 saat əvvəl
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub













.jpg)


.jpg)










