İşçilərinin yarısı gənclər olan şirkət - MÜSAHİBƏ
İlham Məmmədzadə: “Veysəloğlu” şirkətlər qrupu daim gənclərə xüsusi önəm verib”
Fevralın 2-i ölkəmizdə Gənclər Günü kimi qeyd olundu. Əməkdaşlarının əksəriyyətini gənclər təşkil edən istehsalçı və idxalçı şirkətlərdən biri də “Veysəloğlu” şirkətlər qrupudur. Qurumun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədzadə bunu belə izah edir:
- Gənclərin cəmiyyətdə layiqli yer tutması, bunun üçün lazımi şəraitin yaradılması, onların bilik və bacarıqlarının artırılması, potensialının reallaşdırılması daim dövlətin diqqət mərkəzində olub. Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” şirkətlər qrupu daim gənclərə xüsusi önəm verib. Bu gün şirkətlər qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 70 faiz təşkil edir. Şirkət əməkdaşlarının 40 faizi isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, “Veysəloğlu” şirkətlər qrupunda çalışan əməkdaşların təqribən yarısı gənclərdir.
- Şirkətinizdə çalışan gənclərin bilik və bacarıqlarının artırılması üçün hansı addımlar atılır və onların ixtisasının artırılmasına şirkət dəstək olurmu?
- “Veysəloğlu” şirkətlər qrupu gənclərin hazırlığı məsələsinə hələ işə qəbul prosesindən başlayır. Çünki hər bir işə götürülən savadlı və potensiallı kadrın inkişafı bizim inkişafımız deməkdir. Şirkət tutduğu vəzifəsindən asılı olmayaraq özünü inkişaf etdirmək istəyən istənilən gəncə dəstək olub və neçə illərdir ki, bu ənənəyə sadiqdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Belə ki, “Veysəloğlu” şirkətlər qrupu işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.
- Gənclərə dəstəkdən söz düşmüşkən, “Veysəloğlu” şirkəti bir müddət əvvəl əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş övladlarına aylıq təqaüdlərin kəsilməsi ilə də gündəmə gəlmişdi...
- Ümumiyyətlə, şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş işçilərinin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır. “Veysəloğlu” şirkətlər qrupu 2013-cü ildən etibarən “Veysəloğlu” Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir. Şirkətin 9 nəfər əməkdaşının övladı 2016-2017 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək, ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar qazandıqları yüksək nəticəyə görə, “Veysəloğlu” Tələbə Təqaüd Proqramı”nın iştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödənilir. Bundan başqa, 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib. Hazırda 34 nəfər tələbə “Veysəloğlu” Tələbə Təqaüd Proqramı”nın üzvüdür və inanırıq ki, yaxın gələcəkdə bu proqrama qoşulanların sayı artacaq.
- Şirkətin bu məzmunda daha hansı layihələri olur? Yəni, digər əməkdaşları da əhatə edəcək daha hansı tədbirlər görülür?
- Tək gənclər deyil, şirkətlər qrupunda çalışan yaşı gənclik yaş həddini keçmiş əməkdaşlarımızın da şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, müxtəlif tədris layihələrinin təşkili ilə məşğul olan “Veysəloğlu İnkişaf Mərkəzi” fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyəti demək olar ki, kollektivin motivasiyasına ciddi təsir göstərməkdədir.
- Hazırda gənc kadrların işlə təminatı da gündəmdə olan məsələdir. “Veysəloğlu” bu sahədə hansısa ali təhsil müəssisələri ilə əməkdaşlıq edirmi? Yəni, daha çox hansı ali təhsil müəssisələrinin məzunlarını işə cəlb edirsiniz?
- Bayaq da qeyd etdiyim kimi, şirkət işə qəbulda və işçilərin karyera yüksəlişində daim beynəlxalq və yerli təcrübələrdən bəhrələnərək bu sahəyə xüsusi diqqət ayırır. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər dövlət və özəl ali təhsil müəssisələri ilə birgə layihələr həyata keçirir, proqramlarda iştirak edirik. Bu əməkdaşlıq çərçivəsində aktiv olan vakansiyalarımızı, uyğun məzunların şirkətə cəlb olunması məqsədi ilə universitetlərlə bölüşürük. Eyni zamanda, “İnfotur”lar təşkil edərək tələbələri şirkətə dəvət edib, onları şirkətlər qrupumuz barəsində məlumatlandıraraq, İnsan Resursları departamentimizin fəaliyyəti, işə qəbul prosesi, karyera imkanları, şirkətlərin gənclərdən gözləntiləri barəsində informasiya veririk. İnfotur çərçivəsində artıq Azərbaycan Dövlət İqtisadi Universitetinin tələbələri (SABAH qrup, Beynəlxalq İqtisadiyyat məktəbi, Türk Dünyası İşlətmə fakültəsi tələbələri) şirkətimizdə qonaq olmuşlar. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ali təhsil müəssisələrində tələbələr və məzunlar üçün “Karyerada ilk addım” devizi altında həyata keçirilən məşğulluq yarmarkalarında da aktiv iştirak edirik.
- Gənclərin iş və karyerasının inkişafı baxımından daha hansı işlərin görülməsini planlaşdırırsınız?
- İstər bu il, istərsə də gələcək üçün şirkətlər qrupunun Koorporativ Sosial Məsuliyyət layihələri də işlənib hazırlanan zaman gənclər diqqət mərkəzində saxlanılıb. Koorporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən layihələrdən biri də “İstedadlı gənclər proqramı”dır ki, bu proqramın da həyata keçirilməsində daim gənclərə önəm verərək, onlara dəstək olmağa çalışırıq.
© hafta.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 40 d. əvvəl
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
1 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
2 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
3 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
20 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















