Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bu həftə önəmli fundamental göstəricilər ilə zəngindir. Aparıcı investisiya alətlərinin dollara nisbətən qiymətlərində bahalaşma proqnozlaşdırılır.
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.2055$-a kimi ucuzlaşdıqdan sonra 1.2133$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət 1.2173$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində qalarsa, bahalaşma əlavə olaraq 1.2246$ və 1.2305$-a kimi də güclənə bilər.
Avrozonadan çərşənbə günü və cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da müvafiq olaraq açıqlanacaq iqtisadi inkişaf və inflyasiya göstəriciləri də önəmli rol oynayacaqdır. Eyni zamanda, cümə günü saat 16:30-da ABŞ-dan yayımlanacaq əmək bazarı ilə bağlı fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də keçən həftə ərzində 1.3746$-a kimi 2% ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Burada qiymətin 1.3700$-ın üzərində qaldıqca, 1.3895 və 1.3987$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, çərşənbə axşamı, çərşənbə günü və cümə axşamı saat 12:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin istehsal, tikinti və xidmət sektorları ilə bağlı statistik göstəricilərin məzənnəyə güclü təsir edəcəyi gözlənilir.
TRY
Türkiyə bazarlarında isə dollar 4.05TL-ın altında ticarət edilməkdədir. Qiymət bu səviyyənin altında qaldıqca, 4.02 və 3.99TL-ə kimi də ucuzlaşa bilər. Cümə axşamı saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya ilə bağlı statistik məlumatlar da məzənnəyə təsiri baxımından önəmli olacaqdır.
OIL
Enerji bazarlarında isə Brent nefti 73.00$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 75.23$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da qiymətə güclü təsir edə bilər.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1326$-a (42.5 $/qram) kimi bahalaşıb və bu səviyyənin üzərində qalarsa, 1334$-a (42.8 $/qram) kimi də dəyər qazana bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, qızıl qiymətlərində də özünü göstərə bilər.
İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)







.jpg)










