Bu nazirlər getdi - SİYAHI
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, yeni tərkibdə aşağıdakı baş nazirin müavinlərinin, nazirlərin və komitə sədrlərinin adları yoxdur.
1. Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri idi.
2. Əli Həsənov - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri idi.
3. Heydər Əsədov - kənd təsərrüfatı naziri idi.
4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəfat etmişdi vəzifə vakant idi.
5. Abid Şərifov - Baş nazirin müavini idi.
6. Elçin Əfəndiyev - Baş nazirin müavini idi
7. İsmət Abbasov -Baş nazirin müavini idi
Yeni nazirlər və komitə sədrləri aşağıdakılardır:
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;
Səhiyyə, təhsil, gənclər və idman, mədəniyyət, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.
Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb.
Prezident 18 Aprel 2018-ci il tarixli Sərəncamı ilə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
7 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























