Əkini bir neçə saatda yararsız hala salırlar - HƏDDİNDƏN ÇOX ARTIBLAR
İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisinin sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən qısa müddət ərzində 84.427 hektar sahədə çəyirtkəkimilərin monitorinqi keçirilib.
Aparılan monitorinqlər nəticəsində çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olduğu müəyyən olunmuş 1600 hektar sahədə aprel ayının 19-dan etibarən Mərakeş çəyirtkələrinə qarşı ilkin mübarizə tədbirləri başlanılıb.
Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.
Mübarizə tədbirləri aparılan ərazilərdə əvvəlcədən xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilib, eyni zamanda onlara mübarizə tədbirlərinin əhəmiyyətini əks etdirən və çəyirtkəkimilər haqqında tərtib olunmuş broşuralar paylanılıb.
Hazırda Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə Tovuz, Qazax, Ağstafa, Samux və Səmkir rayonlarını əhatə edən Ceyrançöl ərazisində, İmişli, Beyləqan rayonlarında, eyni zamanda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Şirinqum ərazisində, Şamaxı, Kürdəmir və Ağsu rayonlarını əhatə edən Padarçöl ərasizində monitorinqlər davam etdirilir.
Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.
Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)



.jpg)








