Sabaha olan hava proqnozu açıqlandı
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
-
-
4 saat əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 10 saat əvvəl
-
12 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
12 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























