Zinət əşyaları hazırlayan fabrik istifadəyə verildi
Aprelin 9-da Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "Marja"ya bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəssisənin açılışını bildirən lenti kəsib.
“Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru İlqar Sadiqov deyib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafına göstərilən diqqət və qayğı müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaranmasına səbəb olub. “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı da yeni məhsul istehsal edən müəssisələr yaratmaqla tələbatın daxili imkanlar hesabına ödənilməsinə çalışır. Qızıl və gümüş zinət əşyaları istehsalı sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 600 min, şirkətin daxili imkanları hesabına isə 2 milyon 700 min manat vəsait sərf olunub. İlqar Sadiqov sahibkarlığın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlıq edib, yaradılan şəraitin müqabilində bundan sonra da səylə çalışacaqlarını bildirib.
Ali Məclisin Sədri istehsal olunan məhsulların ölkə və xarici bazarda özünə yer tutacağına əminliyini bildirərək deyib ki, müəssisədə zinət əşyalarından başqa, dövlət sifarişləri də yerinə yetiriləcək, muxtar respublikanın fəxri adlarının döş nişanları burada hazırlanacaqdır. Dövlət dəstəyinin göstərilməsi isə müəssisənin fəaliyyətinin genişləndirilməsinə şərait yaradacaqdır. Müəssisədə mütəxəssis hazırlığına və işin keyfiyyətinə diqqət artırılmalıdır. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsinin də göstəricisidir.
Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib və istehsal sahəsinə baxıb.
Məlumat verilib ki, müəssisədə əritmə, rezin və mum hazırlama, saflaşdırma, metal yoxlama və laboratoriya, lazer, keyfiyyətə nəzarət və təhvil, metal hazırlama, dizayn və nümunə, atelye və qaşbərkitmə bölmələri fəaliyyət göstərir. İtaliya və Almaniya istehsalı olan avadanlıqlarla təchiz edilmiş müəssisədə bütün növ qızıl və gümüş zinət əşyaları, medalyonlar və döş nişanları istehsal olunacaqdır. Müəssisə gün ərzində 5-10 kiloqram əlvan metalları əritmə gücünə, növündən, çəkisindən, modelindən, qiymətli qaş və brilyant miqdarından asılı olaraq 500 ədəd hazır məhsul istehsalı gücünə malikdir.
İtaliyalı mütəxəssis Vittario Qaliano bildirib ki, müəssisədə istənilən qəlib və ölçülərdə, eləcə də dizaynda zinət əşyaları istehsal etmək mümkündür. Qızılın əridilməsi, yoxlanması, təmizlənməsi, nümunələrin hazırlanması və son istehsal prosesinə qədər olan işlər ardıcıl formada həyata keçirilir. Bu da müasir dövrdə zinət əşyaları istehsalı sahəsində tətbiq olunan ən son nailiyyətdir.
İstehsal sahəsi generator, kompressor, transformator, qazanxana, mərkəzi havalandırma, zəhərli qazların təmizlənməsi, isitmə və soyutma sistemləri ilə təchiz edilib. Müəssisənin ərazisində təhlükəsizlik kameraları, yanğından mühafizə sistemi, hərəkət və sınma sensorları, metal dedektorları quraşdırılıb. Həmçinin cəmiyyətin Naxçıvan şəhərində firma mağazası da yaradılıb. Müəssisədə 35 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri muxtar respublikanın qədim zinət əşyaları nümunələrinin istehsal prosesində tətbiq edilməsi, bazarın tələbinin öyrənilməsi və bütün yaş səviyyələrinə uyğun məhsulların istehsal olunması, dövlət sifarişlərinin qeydiyyatının aparılması və müəssisədə qızıl qəbulunun həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)


.jpg)








