Mərkəzi Bank faiz endirdi - YENİLƏNİB
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdir.
Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilmişdir. İnflyasiya birrəqəmli səviyyədədir, xarici sektor göstəriciləri pozitiv zonadadır, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir. Son qiymətləndirmələr il ərzində makroiqtisadi sabitliyin dayanıqlığının və iqtisadi fəallığın güclənəcəyini göstərir ki, bu da monetar şəraitin tədricən normallaşması üçün əsas yaradır.
Uçot dərəcəsinin dəyişdirilməsi haqqında qərar qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti makroiqtisadi sabitliyə təsir edən aşağıdakı prosesləri nəzərə almışdır.
İnflyasiya prosesləri. Cari ilin ötən dövründə illik inflyasiyanın azalması davam etmiş, inflyasiya təkrəqəmli səviyyəyə enmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ilin I rübündə orta illik inflyasiya 4% təşkil etmişdir. O cümlədən orta illik inflyasiya ərzaq məhsulları üzrə 4.5%, qeyri-ərzaq məhsulları üzrə 4.3%, xidmətlər üzrə 2.9% olmuşdur.
Məzənnə sabitliyi, pul təklifinin optimal səviyyədə idarə olunması, dünya ərzaq qiymətlərinin dinamikası və inflyasiya gözləntilərinin nisbətən azalması cari ildə təkrəqəmli inflyasiyanı şərtləndirən başlıca amillər olmuşdur. Mərkəzi Bank tərəfindən başlıca gəlir qrupları üzrə ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərində azalma meyilinin davam etdiyini göstərir.
İnflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. 2018-ci ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri 10.2% artmışdır ki, bu da inflyasiya dinamikasını əhəmiyyətli üstələyir.
Valyuta bazarı. Ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin 2017-ci ildən başlanan yaxşılaşması prosesi 2018-ci ilin ötən dövründə də davam etmişdir. Yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artmışdır. Qeyri-neft ixracı bu dövrdə 37% artmışdır. Ticarət balansı ilə yanaşı xidmətlər balansında da yaxşılaşma davam edir.
Xarici ticarət balansının profisitliyi şəraitində ölkənin strateji valyuta ehtiyatları 2018-ci ilin I rübündə 2.2 mlrd. dollar məbləğində artmışdır.
Son proqnozlara görə mövcud şərtlər çərçivəsində 2018-ci ilin qalan dövründə də tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir.
Xarici sektor göstəricilərinin pozitiv dinamikası şəraitində və qəbul olunmuş makroiqtisadi siyasət çərçivəsində manatın məzənnəsinin sabitliyi davam etmişdir.
Manatın məzənnəsinin sabit qalması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərən mühüm amillərdən biri olmuşdur. Məzənnənin sabitliyi başlıca olaraq əhalinin əmanətləri üzrə dollarlaşmanın azalması proseslərinin sürətlənməsi ilə müşaiyət olunmuşdur.
Monetar şərait. Formalaşdırılmış monetar şərait makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbatının ödənilməsi arasında optimal balansı təmin etmişdir. 2018-ci ilin I rübündə manatla pul bazası 10.9% artmışdır.
Pul təklifinin genişlənməsi ilk növbədə iqtisadiyyatın pula olan tələbatının ödənilməsinə və ödənişlərin fasiləsizliyinə xidmət etmişdir. Fiskal sektor və bank sisteminin likvidlik ehtiyacı pula tələbin mühüm amilləri olaraq qalır. Maliyyə vasitəçiliyinin zəif olduğu şəraitdə pul təklifinin artımı kredit aktivliyinin yüksəlməsilə müşaiyət olunmamışdır.
Bu şəraitdə bank sistemində izafi likvidliyin akkumulyasiyası və iqtisadiyyatda yığımların artımı müşahidə olunmuşdur. İzafi likvidlik dövlət qiymətli kağızlarına və Mərkəzi Bankın maliyyə alətlərinə yüksək tələbi şərtləndirmişdir. Eyni zamanda fiziki şəxslərin manatla əmanətlərinin həcmi 2018-ci ilin 2 ayında 15.9% artmışdır.
İqtisadi aktivlik. İqtisadi aktivlikdə 2017-ci ildə başlamış canlanma 2018-ci ilin I rübündə daha da güclənmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ilin I rübündə iqtisadi artım 2.3% olmuş, o cümlədən qeyri-neft sektorunda 3%-lik iqtisadi artım baş vermişdir. Məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr göstərir ki, bütövlükdə iqtisadi aktivlik tələb inflyasiyası yaratmamışdır.
Mərkəzi Bank bundan sonra da inflyasiyanın daxili və xarici amillərini izləməyi davam etdirəcəkdir.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcəkdir.
XXX
Azərbycan Mərkəzi Bankının İdarə Heyətinin Aprel toplantısında faiz dərəcəsində endrim edilib.
“Marja”nın məlumatına görə, uçot dərəcəsi 13%-dən 11%-ə endirilib. Faiz dəhlizinin yuxarı və aşağı həddinin isə uçot dərəcəsindən +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.
Qısası, faiz dəhlizinin yuxarı həddi 16%-dən 14%-ə endirilib, aşağı həddi isə 8%-də saxlanılıb.
Elaman Rüstəmov qeyd edib ki, ölkədə iqtsadi artım davam edib, bütün layihələr uğurla icra edilib.
Əsas başlıqlar:
-Qərarlar makroiqtisadi sabitliyin artırılmasına yönəldilib
-İnflyasiyanın azalması meyli müşahidə olunur
-Valyuta ehtiyatlarımız 44 milyad dollardan çoxdur
-Manatın məzənnəsini sabit qalması insflyasiyanın azalmasına təsir edir.
-Manatın məzənnəsinin sabit qalması de-dollarlaşma prosesinin davam etməsinə səbəb olur
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























