“Bakcell” və “Megafun”dan daha bir endirim kampaniyası
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”, “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və kampaniyalarla sevindirməyə davam edir.
Bu dəfə “Bakcell”in “Ulduzum” abunəçiləri “Megafun” Əyləncə Mərkəzində təklif olunan oyunlara 25% endirim əldə etmək fürsəti qazanıblar.
Belə ki, mart ayının 12-dən etibarən “Megafun”da istifadə edilən karta 20 AZN yükləyən hər bir “Ulduzum” istifadəçisi oyun və attraksionların qiymətlərinə 25% endirim əldə edəcəkdir. Qeyd edək ki, bu kampaniya çərçivəsində təklif olunan endirim yalnız böyük boulinq və “PlayStation” oyun zonalarına şamil edilmir.
2.7 milyon nəfərdən çox abunəçisi və 230-dək tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
Qeyd edək ki, “Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur.
Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir.
Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















