Sərt "Brexit" illik 80 milyard dollara başa gələcək
Böyük Britaniyanın Avropa İttifaqından çıxması bir müqavilə olmadan baş verərsə, ən böyük zərəri maliyyə sektoru görəcək və iki tərəfin illik zərəri 58 milyard funt-sterlinq (80 milyard dollar) artacaqdır.
"Marja" xəbər verir ki, məsləhət şirkəti "Oliver Wyman" və hüquq şirkəti "Klifford Chance" tərəfindən hazırlanan və bu gün açıqlanan hesabata görə, İngiltərə xaricindəki 27 Avropa Birliyi üzvü ölkə hər il gömrük vergiləri və gömrük kənar maneələr olaraq 32 milyard funt-sterlinq ödəmək məcburiyyətində qalacaqlar.
Buna qarşılıq Avropa İtifaqına mal satan İngilis ixracatçılar da ildə 27 milyard funt sterlinq ödəyəcəklər.
MAY, GÖMRÜK İTTİFAQINA QARŞIDIR
İngiltərənin 2019-da birlikdən çıxmasından əvvəl bir müqavilə bağlaya bilməsə, tərəflər, Dünya Ticarət Təşkilatının qaydalarına və gömrük vergilərinə tabe olacaqlar.
Hesabata görə, əgər İngiltərə gömrük ittifaqının həyata keçirəcəyi bir sistemdə qalsa, hər iki tərəfin yüklənəcəyi illik xərc yarı-yarıya azalacaq.
Ancaq Baş nazir Theresa May gömrük birliyinə qarşı çıxır, çünki bu, ölkəsinin Çin və Hindistan kimi sürətlə böyüyən iqtisadiyyatlarla ikitərəfli ticarət müqavilələri bağlamasına mane olacaqdır.
ƏN AĞIR ZƏRBƏNİ MALİYYƏ XİDMƏTLƏRİ SEKTORU ALACAQ
Hesabata görə, İngiltərənin müqavilə olmadan Avropa İttifaqından çıxması halında uğrayacağı zərər beş əsas sektor tərəfindən qarşılanacaq: Maliyyə xidmətləri, avtomobil, aqrar-qida-içkilər, istehlakçı malları, kimyəvi məhsullar-plastik.
Göründüyü kimi ən ağır zərbəni maliyyə xidmətləri sektoru alacaq, çünki avtomobil və aviasiya kimi daxili istehlakçıya və ya yan sənayeyə yönəlmə imkanı olmayan bu sektor müştərilərinə xidmət göstərmək üçün Aİ ölkələrində fəaliyyətə keçmək məcburiyyətindədir.
İngiltərə Mərkəzi Bankı, Brexit-ə görə maliyyə sektorundan 10 min nəfərin gələn ilin sonuna qədər ölkədən gedəcəyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
6 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)




.jpg)





