Azercell-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan!
Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən yararlanması məqsədilə yeni kampaniyaya başlayır.
İndi Şirkət 5GB internet paketini bütün abunəçilərinə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün abunəçilərə sadəcə 4G xidmətinə qoşulub, “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. 4G şəbəkəsində istifadəsi nəzərdə tutulan 5GB internet ilə abunəçilər əsl 4G sürətini sınamaq imkanı qazanacaqlar. Kampaniya haqqında ətraflı məlumatı www.azercell.com internet səhifəsində əldə etmək mümkündür.
Məlumat üçün bildirək ki, 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən Sim Kartı və telefon ayarlarında şəbəkə seçimi 4G olmalıdır. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər Azercell Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edə bilərlər.
Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.
Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir.
Azercell şirkəti abunəçilərinə yüksəksürətli mobil internetdən yararlanması istiqamətində təşəbbüslərini davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)








