“Azercell Telekom” maliyyə vəziyyətini açıqladı
2016-ci ili 81 milyon 425 min manat xalis mənfəətlə başa vurmuş “Azercell Telekom” MMC 2017-ci ili 19 milyon 357 min manat zərər ilə bağlayıb.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il şirkətin cəmi gəlirləri ilə bərabər xərcləri də artıb.
Belə ki, şirkətin cəmi gəlirləri 2016-cı ildəki 392 milyon 880 min manatdan 2017-də 411 milyon 441 min manata, xərcləri isə 304 milyon 387 min manatdan 397 milyon 151 min manata yüksəlib. Xərclər çıxıldıqdan sonra Azercell-in 14 milyon 290 min manat əməliyyat mənfəəti qalıb. Lakin valyutaların məzənnələrinin dəyişməsi nəticəsində şirkət 13 milyon 41 min manat zərər etdiyindən mənfəəti 2 milyon 805 min manata düşüb. 22 milyon 162 min manat mənfəət vergisi xərcinə görə, “Azercell Telekom” ötən ili 19 milyon 357 min manat zərər ilə bağlayıb.
2016-cı ildə Azercell valyuta məzənnələrinin dəyişməsi nəticəsində 44 milyon manat gəlir əldə etmişdi.
2016-cı illə müqayisədə 2017-də şirkətin gəlirləri 18,6 milyon manat və ya 4,7% artsa da, xərcləri 92,8 milyon manat və ya 30,5% artıb.
Azercell 2016-cı ildə dövlət büdcəsinə 53 milyon 301 min manat mənfəət vegisi ödəmişdi. 2017-də bu ödəmə təxminən 2,4 dəfə azalıb.
CÜZİ KİÇİLİB
31 Dekabr 2017-ci il tarixində “Azercell Telekom” 916 milyon 352 min manat cəmi aktivlərə, 87 milyon 614 min manat cəmi öhdəliklərə və 828 milyon 738 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2016-cı il tarixində “Azercell Telekom” 921 milyon 619 min manat cəmi aktivlərə, 73 milyon 524 min manat cəmi öhdəliklərə və 848 milyon 95 min manat cəmi kapitala malik idi.
Ötən illərdə dolların bahalaşması ilə idxal olunan avadanlıqların Manat ilə ifadədə alış xərclərinin artması, şirkətin bağlanmış banklarda 103 milyon manat dondurulmuş vəsaitlərinin mövcud olması və öncədən büdcəyə ödənilmiş vergi şirkətin zərərinin yaranmasının səbəbləri ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
11 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)
















.jpg)
