Dollarlaşma 69 faizə düşüb
2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 285,5 mln. manatı (31,01%) milli valyuta, 5 mlrd. 85,1 mln. manatı (68,99%) isə xarici valyuta ilə yerləşdirilib. 2017-ci ilin əvvəlində bu nisbət 80%-dən yüksək idi.
Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 mln. manat və ya 50,64% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 mln. manat və ya 14,3% azalma var.
Bununla yanaşı, ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda manatda olan əmanətlərin həcmi 95,9 mln. manat və ya 4,4% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 5,5 mln. manat və ya 0,11% azalıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







