İnan mənə, yalandır!
Yəqin ki, məqaləmizin başlığı diqqətinizi çox çəkdi və ona görə də bu məqaləni hal-hazırda oxuyursunuz. Başlıq təsadüfi deyil, bu gün bölüşəcəyimiz məlumat da məhz bu tip başlıqlarla bağlıdır.
Bu günkü maraqlı və sizə faydalı məlumatımız da www.readit.az saytında yenicə yerləşdirilmiş məşhur bir kitabın qısa məzmunundan bir hissədir.
Kitabın adı: İnan mənə, yalan deyirəm! (Trust me, I'm lying)
Müəllif: Ryan Holidey
Dil: azərbaycan və türk dillərində.
Ryan Holidey oyunu qaydalarına uyğun olaraq oynayan bir marketinq mütəxəssisidir. O, müasir dövrün ən güclü manipulyasiya vasitəsi olan medianı istifadə etməyin yollarından danışır. Bu kitabı oxuduqdan sonra biləcəksiniz ki, niyə görə nifrət yaradan, mübahisəli xəbərlər, məqalələr daha çox populyarlıq yaradır. Niyə görə müasir dövrdə PR menecerə daha çox tələbat var? Tənqidçilərin fikrincə, yaxşı bir media mütəxəssisi olmaq istəyən hər kəs mütləq bu kitabı oxumalıdır.
Canavarı qidalandırmaq
Kitabın bu hissəsində Ryan bloqqerlərin və redaktorların insanları aldatmaq üçün istifadə etdikləri üsullarla istədiklərini yazmağa və brendləri təqdim etməyə istiqamətləndirir.
Bir çox insan hazırki məlumat dövriyyəsinin necə işlədiyini bilmir. Onların öz dünyagörüşlərinin xəbərlərin onlayn formada yaradılma üsullarından necə təsirləndiyindən xəbərləri yoxdur. Dünyada milyonlarla blog olmağına baxmayaraq, bu kitabda onlardan bəzilərinin adı daha çox çəkilir: Gawker, Business Insider, Politico, BuzzFeed, Huffington Post, Drudge Report və s. Bunun səbəbi həmin blogların ən çox oxunan bloglar olması deyil, onların yaradıcılarının Nik Denton, Henri Blodcet, Conah Peretti və Ariyanna Haffinqton olmasıdır. TV işçiləri və ya yazıçılar tərəfindən yaradılan heç bir blog kiçik və ya zəif ola bilməz.
Bloglar kasıbdır. Onlara borclarını ödəməyə kömək edin - bloqqerlər kasıbdır və onların gəlirləri səhifənin görülmə sayından asılıdır. Onlara pulsuz materiallarla kömək edin. Məsələn, Henri Blodcetin rəhbərlik etdiyi “Business İnsider”in korporativ siyasətinə əsaəsən “illik 60 min ABŞ dolları qazanan əməkdaş ayda bir dəfə 1,8 milyon səhifə görülməsi əldə etməlidir, yoxsa işdən qovulur.” Buna görə də bloqqerlər pulsuz materiallar əldə etməyə can atırlar.
İnsanlara rüşvət verməyin bir neçə üsulu var. Bu zaman çox nadir hallarda pullu rüşvətə üstünlük verilir. Bu üsulu adətən, bloqqerlərin pul ödəməli olduğu şeyləri ödəyərək istifadə edə bilərsiniz; bu ödənişlər dolayı rüşvətə çevrilə bilər.
Bir çox məsələnin kökündə bloqqerlərin işə necə götürülməsi ilə bağlı məsələlər dayanır. Namizədlərin bacarıq, dürüstlük və işləmə həvəsinin nəzərə alınması ilə bağlı fikirləri bir kənara qoyun. Bir dəfə məşhur texnologiya blogu Mashable-in redaktoru Ben Para əməkdaşları işə götürərəkən onların xüsusiyyətlərinə necə diqqət yetirdiyi ilə bağlı sual veriblər. O isə cavabında belə deyib: “Çeviklik. Müasir onlayn jurnalistika sürətli və çevikdir, buna görə də bizə bir neçə dəqiqə ərzində hekayə formalaşdıra bilən və bir neçə günə yox, bir neçə saata yeni fikirlər təklif edən insanlar lazımdır.” Jurnalistika sahəsindəki təcrübə isə həmişə “müsbət”ləri artırır.
Onlara yaxşı olanları yox, yayılmış olanları verin - əgər məlumat paylaşıla bilmirsə, onda həmin məlumat ümumiyyətlə mövcud olmasa da olar. Bu bir çox hallarda, mübahisəli və ya nifrət yaradan materialları paylaşmaqla bağlı ola bilər.
Media Tədqiqatları Mütəxəssisi Henri Cenkins redaktorlara və şirkətlərə belə deyir: “Məlumat yayılmırsa, öləcək”. Sosial paylaşma internet trafikinin formalaşmasına səbəb olur, trafik isə özü ilə gəlir gətirir. Paylaşılmayan hər hansı bir məlumat qiymətli deyil. Bu fikrin əksi də doğrudur: yayılan hər hansı bir məlumat qızıl dəyərindədir.
Hər şeyi başlıq üçün edin – Bildiyiniz kimi, bloqlar yaşayır və görülmə sayı az olduğu üçün ölür. Buna görə də, bloqqerlər insanları həmin səhifəyə daxil olmağa təşviq edən başlıqlar hazırlayırlar. Bu vəziyyət xoşunuza gəlməyə bilər, ancaq unutmayın ki, əgər hekayəniz maraqlı və həyəcan verici bir başlıqla verilə bilmirsə, onda onu dərc etməyəcəklər.
Məsələn, Google News-da hər gün onlarla, hətta yüzlərlə yeni xəbər görürsünüz. Ancaq siz onların birini, ən çoxu beşini oxuyursunuz. Buna görə də, bütün bloqlar diqqətinizi cəlb etmək və oxunmaq üçün əlindən gələni edir.
Müəllif həmçinin, bu bölmədə Varnok Dilemması kimi bilinən bir vəziyyətdən bəhs edir. Yəqin ki, bloqunuzda və yaxud hər hansı bir sosial media hesabınızda yazdığınız və ya paylaşdığınız hər hansı bir məlumata heç bir bəyənmə və ya rəy, həmçinin geri bildiriş gəlmədiyi vaxtlar olub. Varnok Dilemması bu vəziyyəti müəyyən qədər izah edir:
- Yazdığınız məlumatlar doğrudur, buna görə də insanlar haqlı olduğunuzu düşünür və bunu qeyd etməyi vacib hesab etmir.
- Yazdığınız məlumatlar mənasızdır və heç kim sizə cavab vermək üçün enerji və ya vaxt sərf etmək istəmir.
- Heç kim səbəbinin nə olmasından asılı olmayaraq, yazdığınızı oxumayıb.
- Heç kəs bölüşdüyünüz məlumatı anlamayıb, ancaq buna baxmayaraq, öyrənmək də istəmirlər.
- Heç kəs paylaşdıqlarınızla maraqlanmır...
Müəllif haqqında. Ryan Holidey Amerikalı yazıçı, marketoloq və sahibkardır. O, həmçinin media strateqi, “American Apparel”-in keçmiş Marketinq Direktoru və New York Observer-in media köşə yazarı və redaktorudur.
Bu və digər vacib qısa məzmunları www.readit.az saytından cəmi 1 manata əldə edə bilərsiniz
Müştərilərin xəbərləri
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 d. əvvəl
-
27 d. əvvəl
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
-
32 d. əvvəl
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
- 34 d. əvvəl
-
50 d. əvvəl
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
-
55 d. əvvəl
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
Ən çox oxunanlar
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
AFB Bank-da QR kod ilə ödəniş imkanı istifadəyə verildi
ABB-nin yeni istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“İran ilə bağlanacaq müqavilə ya böyük və mənalı bir razılaşma olacaq ya da ümumiyyətlə razılaşma olmayacaq”
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"




















.jpg)


