ABŞ BMT-ni cəzalandırır - 285 MİLYON DOLLAR AZALDIR
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında (BMT) Daimi nümayəndəsi Nikki Haley, 2018-2019-ci maliyyə ilində ABŞ-ın BMT üçün ayırdığı fondu 285 milyon dollar azaldacağını bildirib.
"Marja" xəbər verir ki, məsələ ilə bağlı yazılı bir açıqlama verən Haley, azaldılmanı "doğru istiqamətdə atılmış böyük bir addım" kimi səciyyələndirib.
Haley, "BMT-nin gücsüzlüyü və həddən artıq xərcləri məlumdur. Bundan sonra Amerikan xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına yol verməyəcəyik",- deyə bildirib.
2018-2019 maliyyə ilində BMT-nin büdcəsinə köçürəcəyi hissədən 285 milyon dollar azaltmaq qərarı verən ABŞ bu məsələdə hələ də ən çox töhfə verən ölkə mövqeyində qalır. BMT-nin bundan sonrakı ilk iki illik periodu əhatə edən 5,4 milyard dollarlıq büdcəsinin 3,3 milyard dollarını ABŞ ödəyir.
BMT-də ötən həftə keçirilən Qüds səsverməsi öncəsi həm ABŞ Prezidenti Donald Trump, həm də Nikki Haley, ABŞ-ın qərarına qarşı səs verəcək ölkələri "iqtisadi yardımları kəsməklə" təhdid etmiş, həmin təhdidlərə baxmayaraq layihə 9-a qarşı 128 bəli səsi ilə qəbul edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 19 d. əvvəl
-
21 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)





