Meşədən tutdu, artırdı, indi birini 25-50 manata satır
Qəbələ rayon sakini Əli Babayev şəxsi təsərrüfatında qırqovul bəsləməklə məşğuldur. Qəbələnin Daşlıca kəndində yaşayan 61 yaşlı Ə.Babayev şəxsi təsərrüfatında çöl quşu olan qırqovulu bəsləməklə məşğul olur. Məqsədi quşçuluğun bu sahəsini şimal-qərb bölgəsində inkişaf etdirmək və gələcəkdə qırqovul ətinin ixracına nail olmaqdır.
Əsasən yerli sort olan bu quşlar soyuğadavamlı olduğundan dağlıq və dağətəyi bölgədə onları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur.
Kənd təsərrüfatı ilə yanaşı çöl quşlarına böyük marağı olduğunu deyən Əli kişi bir necə il əvvəl meşədən tutduğu qırqovulları saxlayaraq artırmaq niyyətinə düşüb. Həyətində bağlı şəraitdə saxladığı qırqovulun yumurtalarından çıxan bala qırqovulları böyüdüb və getdikcə saylarını artırıb.
Bu qədər xeyir götürəcəyini hesab etmədiyini deyən Əli Babayev 1 il ərzində 100-ə yaxın qırqovul böyüdərək satdığını deyir. Hazırda həyətində 200 başa yaxın qırqovulun olduğunu, aprel ayında yumurtlama dövrü olduğu üçün indi onlara daha çox qulluq etdiyini bildirir.
Onu da vurğulayaq ki, ana qırqovul yumurtlama dövründə 150-ə kimi yumurta verə bilir. İl ərzində 3 ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə də bala almaq mümkündür. Qırqovulların bəslənməsi də çox rahatdır. Qazanc əldə etmək üçün bəslədiyi qırqovulun birini 25 - 50 manata satdığını bildirən təsərrüfat sahibi onları bəsləməyi və sayını artırmağın yolunu hər bir müştərisinə öyrətmədiyini deyir.
Son vaxtlar meşələrdə nadir hallarda rast gəldiyi qırqovulları qapalı şəraitdə çoxaltmağı bacaran Ə.Babayev gələcəkdə onların sayını 1000 başa çatdıraraq iri ferma yaratmağı planlaşdırır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşları həvəskarlar bəzən bəzək quşu kimi alaraq qəfəsdə saxlayırlar. Çəkisi 1.5 kiloqramadək çatan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanır.
Hazırda Qəbələdə fəaliyyət göstərən restoranlardan da böyük tələbat olduğunu vurğulayan sahibkar bu quşun çox dadlı əti olduğunu və insanlar tərəfindən çox alınan bir yaban quşu olduğunu da söyləyir. Restoranlarda da qırqovuldan hazırlanan yeməklərə böyük maraq olduğunu, insanların əsasən soğanla qovrulmuş və "tabaka" kimi hazırlanmış halda sifariş edildiyini deyir. Onu da qeyd edək ki, bütöv bir qırqovuldan hazırlanmış sifarişin qiyməti restorandan asılı olaraq 45- 60 manat arasında dəyişir.
© Sputnik Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
-
15 d. əvvəl
PAŞA Bank və EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı
-
-
19 d. əvvəl
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
-
27 d. əvvəl
Kreml Putin-Orban telefon danışığının stenoqramının yayılmasına münasibət bildirib
-
30 d. əvvəl
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
- 31 d. əvvəl
-
34 d. əvvəl
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib
-
38 d. əvvəl
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu - Bayramov Kərimov ilə əvəz edildi
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
PAŞA Bank Biznes tətbiqi yeniləndi
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu - Bayramov Kərimov ilə əvəz edildi
1,4 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb
Ən çox oxunanlar
Azərbaycanda yeni investisiya şirkəti yaradılıb
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Aprelin 9-da gözlənilən hava şəraiti
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib






















