Azərbaycan bazarına daxil oldu!
"Duty Free" - hərfi tərcümədə "vergidən azad ticarət" mənasını ifadə edən mağazalara əsasən, beynəlxalq hava limanlarında, gömrük sərhəd buraxılış məntəqələrində rast gəlinir. Bu mağazalarda satılan mallara vergi tətbiq olunmadığından məhsulların satış qiymətləri nisbətən aşağı olur. Lakin texnologiya və innovasiyanın vəhdəti bu sahəyə də nüfuz edərək istifadəçilər üçün daha sərfəli qiymətlər və xidmət tətbiq etməkdədir.
Belə ki, "MyDutyFree" proqramı vasitəsilə artıq Duty Free mağazalardan onlayn şəkildə alış-veriş etmək mümkündür. Qlobal bazarda uğurla irəliləyən "MyDutyFree" layihəsi artıq Azərbaycan bazarına da daxil olmaqdadır. Yanvar ayından etibarən Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından səyahət edən alış-veriş həvəskarları MyDutyFree xidmətlərindən istifadə edə biləcəklər. Səyahətçilər üçün 10% endirim imkanı yaradan "MyDutyFree" onlara "Duty Free" mağazalarından onlayn şəkildə axtardıqları məhsulları daha ucuz qiymətə əldə etmək imkanı verir.
Sistem Necə İşləyir?
Səyahət edən şəxs MyDutyFree.Net saytına daxil olaraq və ya mobil tətbiqini (Android), (iOS) yükləyərək istədiyi məhsulu sifariş verir və aeroportlarda yerləşən "təslimat nöqtələrindən” sifariş verdiyi məhsulu təslim alır.
Platformadan məhsulu sifariş verdikdən sonra MyDutyFree tərəfindən məhsul paketlənərək təslimat nöqtəsində saxlanılır. Müştəri isə səyahət edəcəyi hava limanındakı MyDutyFree nöqtəsinə yaxınlaşaraq hazır məhsulunu satın alır, sıra gözləmək və digər cansıxıcı prosedurlardan azad olur, duty-free üstünlüklərindən (orjinal məhsullar, yüksək keyfiyyətli və brend məhsulların ən ucuz qiymətləri və s.) yararlanır. Bu zaman isə səyahət edən şəxs, MyDutyFree-dən sifariş verdiyi təqdirdə 10% endirimlə alışverişini tamamlamış olur. Başqa sözlə MyDutyFree, səyahət və alışveriş həvəskarları üçün duty-free ticarəti sürətli və daha ucuz olaraq təklif edən bir servisdir.
MyDutyFree - websaytında və ya mobil tətbiqetməsində daimi yenilənən məhsul və qiymət kataloqundan rahatlıqla seçim etmək mümkündür. Və son olaraq səyahət edən şəxslər üçün, "paylaşılmış alışveriş səbəti” funksiyası da mövcud olan MyDutyFree, dostlarının sifariş etdikləri məhsulları səyahət edən şəxsin təhvil ala bilməsi üçün onun hesabına icazənin verilməsini də təmin edir.
MyDutyFree qlobal bir layihədir və sürətlə müxtəlif ölkələrin bazarlarına daxil olur. MyDutyFree-nin əsas məqsədi otel və aviabilet bron etmək kimi, səyahətçilərə əsas duty-free məntəqələrindən alışveriş etmək üçün əlverişli bir vasitə rolunu oynamaqdır. Bununla da MyDutyFree bütün səyahət prosedurlarını onlayn olaraq həll edən turistlərə duty-free mağazalardan alışveriş etmək üçün innovativ bir həll üsulu təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














.jpg)



