"Bitcoin-un yaxında çökməsi ehtimalı 80%-dən yüksəkdir"
"Marketwatch" stajlı köşə yazarı Mark Hulbert, virtual pul Bitcoin-in ilin əvvəlindən bu yana qiyməti qeyri-adi şəkildə qalxaraq 10 min dollara yaxınlaşmasına baxmayaraq, yaxın bir zamanda çökməsi ehtimalının 80%-in üzərində olduğunu deyir.
"Marja" xəbər verir ki, Hulbert, Bitcoin-ə dair mənfi ssenarisini, əmtəə və qiymətli kağız qiymətlərinin qısa zamanda həddindən artıq yüksəldiyinə və çökdüyünə dair əvvəlki təcrübələr üzərində həyata keçirilmiş bir araşdırmaya əsaslandırır.
Milli Araşdırma Bürosu (NBER) tərəfindən bu ilin əvvəlində nəşr olunan "Fama köpükləri" adlı araşdırmada qeyd olunur ki, "köpük", qiymətlərdə iki illik müddətdə baş verən sərt yüksəlişdir. Bu müddətdən sonra qiymətin 40% aşağı düşməsi "köpüyün" partlaması deməkdir.
Araşdırmaya görə, iki il müddətində qiymət 100 faiz və ya üzərində artarsa, növbəti iki il ərzində onun azalması ehtimalı 50% olur. Əgər qiymətdəki artım ən azı 150 faiz olsa, iflas ehtimalı 80%-ə yüksəlir. Qiymətlərdə kəskin yüksəliş artdıqca, çöküş "demək olar dəqiqləşir".
Bitcoin-in iki il içərisində 2500% bahalaşması isə tədqiqatçılara görə dəqiq çöküşə qarşılıq gələn ən yüksək qiymət artımından 10 dəfə çoxdur.
Bununla yanaşı Hulbert, tədqiqatçıların araşdırmada qiymətli kağızlar bazarını nəzərə aldığını, rəqəmsal pulların araşdırmanın mövzusu olmadığını bildirsə də, araşdırmanın Bitcoin üçün də tətbiq oluna biləcəyini düşünür. Hulbert, araşdırmanın ABŞ və ya digər ölkələrin səhm bazarlarında müxtəlif zaman kəsiklərində fərqli nəticə vermədiyini əlavə edir.
Bitcoin-in tərəfdarları onun bənzərsiz olduğunu və bu səbədən araşdırmada deyildiyi kimi çökməyəcəyinə israr edirlər. Buna baxmayaraq əvvəlki bir çox "köpük"lərdə də, "bu bənzərsizdir" kimi oxşar iddialar müşahidə edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






