Volkswagen-dən satış rekordu!
Emissiya qalmaqalından sonra satışları bir az azalan Almaniyanın avtomobil nəhəngi Volkswagen (VW), artıq çətin günləri geridə qoyub. "Marja" xəbər verir ki, avtomobil istehsalçısının qlobal satışları 2017-ci ilin Sentyabr ayında 8.4 faiz artımla 593 min 700 ədədə çıxaraq rekord qırıb.
Sentyabr ayında Çindəki satışlarnı 7.5 artımla 301 min 500 ədədə qaldıran VW, yeni bir rekorda imza atıb. VW-nin Çindəki ilk doqquz aylıq satışları isə 3.2 faiz artaraq 2 milyon 200 min ədədə yüksəlib.
ABŞ-DA DA SATIŞ ARTIB
Dünyanın bir çox ölkəsində satışlarını artıran Alman markası, qalmaqalın üzə çıxdığı ABŞ-da da satışını artırıb.
Volkswagenin ABŞ-dakı satışları iki il aradan sonra ilk dəfə artıb. Marka ilin ilk doqquz aylıq dövründə 9.2 faiz artımla 252 min 500 ədəd avtomobil satışı həyata keçirib. Aylıq satışlar isə sentyabrda 32 min ədədin üzərinə çıxıb. Alman brendinin Cənubi Amerika bazarındakı satışları isə təxminən 25% artaraq 315 min ədədə yüksəlib.
VW QRUPDAN REKORD
VW, Audi, Skoda, Seat, Porsche, MAN və Scania kimi markaların daxil olduğu Volkswagen Qrupunun isə cəmi qlobal satışları 2017-ci ilin Sentyabr ayında 6.6 faiz artımla 1 milyon 10 min ədəd təşkil edib.
Qrupun Şimali Amerikada satışları 1.35 faiz artımla 85 min 900, Cənubi Amerika satışları 68.4 faiz artımla 47 min 800, Avropada satışları 1.5 faiz artımla 404 min 500 ədəd, Asiya Sakit Okean bölgəsində satışları 6.1 faiz artımla 436 min 700 ədədə çıxıb.
İlin doqquz aylıq dövründəki qlobal satışlar isə 2.6 faiz artaraq 7 milyon 806 min 700 ədədə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






