Çində alış-veriş çılğınlığı! - REKORDLAR ALT-ÜST OLDU
Çində dünən qeyd olunan "Subaylar Günündə" alış-veriş çılğınlığı baş verib. Ölkənin ən böyük alış-veriş saytı olan "Alibaba", bir gündə düz 25.3 milyard dollarlıq satış edib və rekordlar alt-üst olub.
"Marja" xəbər verir ki, 24 saat içərisində aparılan satış həcmi, ABŞ-da alış-veriş çılğınlığının yaşandığı "Black Friday" və "Cyber Monday"dəki satışların ümumi həcmini də geridə qoyub.
82 MARKA 15 MİLYARD DOLLARI KEÇİB
Şirkətin ötən ilin eyni günü etdiyi satış isə 18 milyard dollar səviyyəsində idi.
Digər tərəfdən, Subaylar Günündə edilən satış proqnozçuları da təəccübləndirib. "Citigroup"un Subaylar Gününə xüsusi satış gözləntisi 23 milyard dollar təşkil edirdi.
Dünən Alibaba platforması üzərindən həyata keçirilən satışlarda 82 markanın 15 milyard dollar üzərində satış etdiyi güman edilir.
HƏR SANİYƏDƏ 256 MİN ƏMƏLİYYAT
Əməliyyatların 90%-i mobil telefon üzərindən edilib, saniyədə 256 min əməliyyat aparılıb və bu rəqəm yeni bir dünya rekordu olaraq qeydə alınıb.
25.3 milyard dollarlıq ümumi ticarətin 1 milyard dolları ilk iki dəqiqədə baş verərkən, ilk yarım saat bitəndə dövriyyə 7 milyard dollara çatmışdı.
"Alibaba"nın festivaldan bir gün əvvəl Cümə günü keçirdiyi qalada, Nicole Kidman və Pharrell Williams kimi məşhur adlar iştirak edib.
Subaylar Günü Çində Sevgililər Gününə alternativ olaraq 11 Noyabrda qeyd olunur və subaylar özlərinə hədiyyə alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








