Qlobal hökumət borclarında üç böyük ölkə
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, dünyada hökumətlərin ümumi borcu 63 trilyon dollara bərabərdir. ABŞ, Çin və Yaponiyanın cəmi borcu, qlobal hökumət borclarının 58,5%-ni təşkil edir.
"Marja" xəbər verir ki, ABŞ, 19,94 trilyon dollarlıq borcla birinci yerdədir. ABŞ hökumətinin borcları, qlobal hökumət borclarının 32%-nə bərabərdir. ABŞ hökuməti borclarının böyük hissəsi əyalət idarələri, banklar, sığorta şirkətləri, investisiya fondları, pensiya fondları və Fed-ə olan borclardan ibarətdir. ABŞ-ın illik gəliri 18,5 trilyon dollara çatır. Sözügedən borcun milli gəlirə nisbəti 107% olaraq hesablanır.
11 trilyon dollar borcla ikinci yeri tutan Yaponiyanın borcunun, qlobal borclara nisbəti 18,8 faiz səviyyəsindədir.
Çin hökumətinin ümumi borcu 5 trilyon dollara çatır və bu rəqəm qlobal hökumət borclarının 8%-nə bərabərdir. Çin və Yaponiyanın borcunun əksəriyyəti yerli pul vahidlərində və öz vətəndaşlarına olan borclardan ibarətdir.
Dördüncü və beşinci yerdə isə müvafiq olaraq 2 trilyon 454 milyon dollarla İtaliya, 2 trilyon 375 milyon dollarla Fransa yer alır. İtaliyanın borcları qlobal hökumət borclarının 3,9%-nə, Fransanın borcları da 3,8%-nə bərabərdir.
Digər tərəfdən, milli gəlir nisbətinə görə ən çox borclu ölkə isə təxminən 240 faiz ilə Yaponiyadır. Bu ölkənin ardınca 181,6 faiz ilə Yunanıstan, 148,7 faiz ilə Livan, 132,6 faiz ilə İtaliya və yüzdə 130,3 ilə Portuqaliya gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)







.jpg)






