255 təhsil işçisi müxtəlif pul mükafatları qazandı
Xəbər verdiyimiz kimi, Kapital Bank təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirir. 2 noyabr tarixində keçirilən lotereyanın ilk tirajında 255 təhsil işçisi müxtəlif pul mükafatları qazandı. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.
Şərtlərə görə Kapital Bank kartları ilə məvacib alan təhsil işçiləri 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.
4 dekabr 2017-ci il tarixlərində keçiriləcək ikinci tiraj zamanı daha 255 müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonunda isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək. İştirak qaydaları ilə saytdan tanış ola bilərsiniz –www.kapitalbank.az/tehsil-lotereya.
Bundan başqa Kapital Bank-ın “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da 30 noyabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir. Kreditin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















