ABŞ-da neft ehtiyatları azalıb, istehsal artıb
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 2,4 milyon barrel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 2,4 milyon barrel (0,5 faiz) azalıaraq, 454,9 milyon barrelə gerilədiyini açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 1,7 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 0,9 milyon barrel artmışdı.
Beləliklə, ABŞ-ın xam neft ehtiyatları son 6 həftənin 5-ində azalıb.
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,8 milyon barel (0,1 faiz) azalaraq 670,6 milyon barelə düşüb.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 4 milyon barrel (1,9 faiz) azalaraq 212,8 milyon barrelə enib.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,5 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 5,5 milyon barrel azalış göstərmişdi.
XAM NEFT HASİLATI ARTMAQDA DAVAM EDİR
Bu dövrdə, ölkənin xam neft istehsalı da əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 46 min barel artaraq 9,55 milyon barelə yüksəlib.
Beləliklə, ABŞ-ın xam neft istehsalı 2 həftə ardıcıl artım qeyd edib.
Ölkənin xam neft ixracı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 209 min barrel azalaraq 2,13 milyon barrellə rekord səviyyəyə çatıb.
Xam neft idxalı isə gündəlik orta hesabla 552 min barrel azalaraq 7,57 milyon barrelə enib.
ABŞ-ın xam neft istehsalındakı artımın ardından qlobal bazarda neftin qiymətlərində azalma görülüb.
Brent neftin barrel qiyməti 60,50 dollara, ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti 54,29 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























